Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2017

İşğalçı ermənilər Cocuq Mərcanlıya yaxın ərazidə kilsə tikdilər - “KarabakhTV”

Ermənilər Azərbaycanın işğal altındakı Xankəndi şəhərində bir neçə kilsəni təmir edib və yeni bir kilsə tikiblər. 

Bu haqda separatçı-terrorçu rejimin baş keşişi Parqev Martirosyan Yeni illə bağlı soydaşlarına müraciətində bildirib. 


Erməni din xadimi 2017-ci ili qondarma “Artsax” üçün “uğurlu” adlandırıb. P.Martirosyanın sözlərinə görə, bu il ərzində Azərbaycan torpaqlarında 3 yeni kilsə tikiblər. Onlardan biri Xankəndində, biri Cəbrayıl rayonunda (Cocuq Mərcanlıya yaxın ərazidə), digəri isə Ağdərə rayonunda tikilib. Bundan əlavə, 4 orta əsr xristian ibadətgahında(əslində alban məbədlərində-S.L.) bərpa təmir işləri aparılıb. Erməni keşiş qeyd edib ki, Xankəndindəki yeni kilsənin açılışı 2018-ci ildə olacaq.

541 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP