Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2019

Messi 2 il futbolsuz qala bilər

Hücumçu Lionel Messi iki il müddətinə Argentina yığmasında iştirakından kənarlaşdırıla bilər.

Bu barədə “AS” xəbər verib.

Bu, Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) argentinalı forvarddan şikayət edəcəyi halda baş verə bilər. Belə ki, L. Messi Çili yığması ilə keçirilən qarşılaşmada federasiyanı korrupsiyada ittiham edib bəyan etmişdi ki, bütün turnir onun sahibi – Braziliyanın qalibiyyətinə hesablanıb. Futbolçu hətta mükafatlandırma mərasimində də iştirak etməmişdi.

Bununla belə, CONMEBOL-un argentinalını cəzalandırıb-cəzalandırmayacağı isə hələ məlum deyil.
509 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP