Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2019

Yapon alimlərdən inanılmaz ixtira

Tokio Universitetinin alimləri ürək-damar xəstəliklərinin effektiv monitorinqini aparmağa imkan verəcək ultranazik dəri ekran icad ediblər.

Ürək-damar xəstəlikləri bütün dünyada ölüm hallarının başlıca səbəbi olaraq qalır.

Bildirilir ki, dəri displey insana öz sağlamlığı haqqında operativ məlumat əldə etməyə imkan verir. Çox kiçik işıq diodlarından ibarət matrisa nəbz və digər göstəriciləri göstərə bilir. Bir millimetr qalınlığında qurğu istifadəçi üçün narahatlıq yaratmır. Bundan əlavə, ələ yapışdırılan ekran ovucu sıxmağa və açmağa mane olmur və hərəkət zamanı işləməkdə davam edir.

Yaponiya alimlərinin fikrincə, texnologiyanın kütləvi istehsalına başlamaq üçün çoxlu vəsait tələb olunmayacaq, qurğudan istifadə isə insanların gündəlik həyatını daha da yaxşılaşdırmağa imkan verəcək.
74 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
Go to TOP