Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2019

İordaniya öz torpaqlarını sionist rejimindən geri aldı

İordaniya və sionist rejim arasında Baqura və Ğəmər məntəqələrinin 25 il müddətinə sionistlərə icarəyə verilməsinə aid bağlanmış müqavilənin müddəti bitib. Beləliklə, İordaniya dövləti sionistlərin gələn bazar günündən bu əraziyə girməsini qadağan edib.
Sionist rejim televiziyasının 7-ci kanalı bu barədə deyib: “İordaniya dövləti dünən (cümə axşamı) İordaniya dərəsinin məsulu Adyen Qranbama çatdırıb ki, gələn bazar günündən etibarən sionist əkinçilər Baqura məntəqəsinə daxil ola bilməzlər.”
1994-cü ildə İordaniya və sionist rejim arasında imzalanmış sülh müqaviləsinə görə, Baqura və Ğəmər bölgələri 25 il müddətinə sionist rejimə icarəyə verildi və sionist əkinçilərin bu məntəqədə yaşamağa və əkinçiliklə məşğul olmağa icazə verildi.
İordaniyanın “Ammon” xəbər saytına əsasən, sionist əkinçilər İordaniya dövlətinə məktub yazaraq Baqura və Ğəmər məntəqələrinin icarə müddətinin artırılmasını istəsələ də, dövlət onlara müsbət cavab verməyib.
26 oktyabrda hər iki məntəqənin icarə müddəti bitdi. Müqavilənin bəndlərinin birinə uyğun olaraq hər iki məntəqənin icarəsi digər 25 il üçün artırıla bilər, lakin tərəfləridən biri onun müddətini artırmağa razı olmadığı surətdə bir il öncədən bunu xəbər verməlidir. İordaniya kralı İkinci Abdullah ötən il elan etdi ki, bu məntəqələr barədə icarə müqaviləsinin müddəti bitmişdir.
Ötən ay İordaniya dövlətinin mətbuat katibi Cəmanə Ğənimət dedi: “26 oktyabrda Baqura və Ğəmər ərazilərinin Təl-Əvivə icarəyə verilmə müddəti bitir və bu müqavilə heç vaxt uzadılmayacaq.”
51 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
09.11.19, 16:35
Polislərə hücum oldu
Go to TOP