Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2019

"Yaxşı əməl sahibi o kəsdir ki, sözlərini işi təsdiq edər..."-Həzrət Əli (ə)

İşdə ixlasın əhəmiyyəti.

İmam Əli (ə) buyurur:

“Səadətin nişanəsi – işdə ixlaslı olmaqdadır”.

“Layiqli işləri qabağa salın ki, fayda aparasınız. İşlərinizdə ixlaslı olsanız, səadətli olarsınız”.

“Bütün işlər səmərəsizdir, məgər onlar ki, ixlasla yerinə yetirilər”.

“O zaman ki, bir iş görürsünüz, ixlaslı olun”.

“Ən üstün iş odur ki, onda ixlas olar”.

“İxlası tərk etmək – əməlin bəlasıdır”.

“Hər kim Allahın yanında olana meyil edərsə, əməlini xalis edər”.

“İxlaslı işlər dəyər əldə edər”.

“O kəs ki, işini ixlasla yerinə yetirməz, əməli qəbul olunmaz”.

“İşi pak və xalis etmək işin özündən daha çətindir”.

“Arzularını azalt ki, işlərin xalis olsun”.

“İşdə ixlaslı olmaq – kamalın nişanəsidir”.

“Ən üstün iş odur ki, onunla Allahın razılığını iradə edəsən”.

“Ancaq müxlisdir ki, savab əldə edər”.

“Əməldə ixlaslı olmaq – fəzilətə və dəyərli olmağa səbəb olar”.

Ən yaxşı və pis işlər.

İmam Əli (ə) buyurur:

“Ən yaxşı iş – bəyənilməyənlərdən çəkinməkdir”.

“Ən üstün iş – haqla birlikdə olmaqdır”.

“Sənin ən yaxşı işin odur ki, onunla vacibi yerinə yetirəsən”.

“Ən yaxşı işlər odur ki, insanın nicat tapmasına səbəb olar”.

“Ən yaxşı və ən fəzilətli işlər odur ki, cəhənnəm atəşindən nicat tapmağa və behiştə daxil olmağa səbəb olar”.

“Günah, ən pis işdir”.

“Bəyənilməyən iş – ən pis ehtiyatdır”.

“Ən pis iş odur ki, günaha düçar olmağa səbəb olar”.

“Ən pis iş odur ki, onunla axirətin məhv olsun”.

Yaxşı işlərə tərəf təşviq olmaq.

İmam Əli (ə) buyurur:

“Əgər çalışmaq istəyirsinizsə, elə işdə çalışın ki, sizə Qiyamət günü nicat versin”.

“Həqiqətən siz danışığınızı gözəl etməkdən çox, işlərinizi yaxşılaşdırmağa ehtiyaclısınız”.

“Təəccüb edirəm o kəsə ki, işlərini yerinə yetirməkdə mükafatın olduğunu bilir, buna baxmayaraq rəftarını gözəl etməyə çalışmır”.

“Yaxşı işdən faydalı azuqə yoxdur”.

“Behiştin qiyməti – yaxşı işdir”.

“Əməl tərəzinizi yaxşı işlə ağırlaşdırın”.

“Əgər yaxşı işləri qənimət bilsəniz, axirətdə bütün arzularınıza çatarsınız”.

“Yaxşı iş – axirətin tarlasıdır”.

“Nə zaman fürsət əldə etsən, bəyənilən iş gör”.

“İnsan o zamana qədər ki, sağdır, yaxşı işdən ehtiyacsız deyildir”.

“Sənin əməlinin mükafatı əməlin özündən daha çoxdur”.

“Pis əməlin meyvəsi onun özü kimidir”.

“Əməlin meyvəsi o mükafatdır ki, Allah ona verər”.

“O kəs ki, əməlini yaxşı edər, arzularını əldə edər”.

“Hər kim haqqa əməl edər, xilas olar”.

“Yaxşı əməl sahibi o kəsdir ki, sözlərini işi təsdiq edər”. (Erfan)/deyerler/
468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP