Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2020

Ordumuzun əsgəri şəhid oldu

Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) hərbi qulluqçusunu itirib. DSX-nın yaydığı məlumatda deyilir ki, martın 5-də, saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi pozulub. Ermənistana məxsus snayperdən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər, Cəlilabad rayon Cəfərxanlı kənd sakini Orxan Nazim oğlu Paşazadə yaralanıb. O, dərhal Qazax rayonunun Diaqnostika Mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb. DSX baş vermiş hadisə ilə əlaqədar zəruri tədbirlər görüldüyünü bildirib.
191 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP