Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2020

Koronavirus nəyin dərsini verir? – Ustad Qiraətinin tövsiyələri

Ustad Qiraəti koronavirus ilə bağlı bəzi tövsiyələr vermişdir. Belə ki, alim buyurur: “Bu macəra dünyanın 100-dən çox ölkəsinin başına gəlmişdir. Onu hər bir tərəfdən araşdırmaq lazımdır.

Birinci olaraq deməliyik ki, bu macəra – İlahi imtahandır.

Çətinliklər bizə həmişə Allahı yada salır. Bəyz əyyamında insanlar etikaf etmək istədilər, ancaq məsləhət oldu ki, etməsinlər. Allah ki, var!

Bəzi vaxtlar müsibətlər insanların qürurunu azaldır. Çünki çox sayda insan vardır ki, “Mən, mən!” deyir. Ona görə də bu cür “Mən, mən!” deməklər azalmalıdır.

Bəzən çətinliklər ona görədir ki, insanlar dua üçün əllərini göyə qaldırsınlar. Ona görə də bu müsibətlərin bərəkəti vardır. Bəzən xəstələr xəstəliklərinə görə nalə çəkib ağlayaralar. Allahı yada salar və Ona yalvararlar. Bunlar da müsibətin bərəkətindəndir.

Belə bir şəraitdə pis yaxşıdan ayrılar. Bu çətinliklərdə tərəqqi vardır. Biz bu dünyaya gəlməmişik ki, həmişəlik burada qalaq? Axı, nəhayət bir gün getməliyik.

Bu gün bizim vəzifəmiz budur ki, mövcud olan bütün imkanlardan istifadə edək. Bir-birimizə yardım edərək, çətinliyə qalib gələk.

Bəziləri vardır ki, xəstələrə ən əziz insanları kimi xidmət göstərirlər. Lakin bəziləri də vardır ki, insanlardan tibbi ləvazimatları əsirgəyirlər.

Bu gün düşünməliyik ki, bu çətinlik hamı üçün vardır. Çox sayda ölkələr onunla mübarizə aparmaqdadır.

İkincisi isə qəlbimiz Allahı yada salmaqdan uzaq olmamalıdır.

Elə insanlara rast gəlirik ki, ömür boyu məscidə addım atmayıblar. Ancaq bu virus yayılandan bəri məsciddən çıxmırlar.

İmam Səccad (ə) Allaha belə dua edir: “Allahım! Bilmirəm ki, xəstəliyim Sənə daha çox yaxınlaşmağıma səbəb olar, yoxsa sağlamlığım?”.

Evdə əyləşmək kimi tövsiyələrə qulaq asın və vaxtınızı bərəkətli keçirin. Quran oxuyun, kitab mütaliə edin, müxtəlif dillər öyrənin...

İnsan bu hadisədən fürsət kimi istifadə edib, xeyir işlər görə bilər.

Bütün xəstələr üçün sağlamlıq arzu edir və Allahdan bağışlanma istəyirəm. Belə əyyamlarda sədəqə verin, dua edin, qurban nəzir edin.

Bu cür əməllər xəstəlikləri dəf edər”. (Həvzəh)/deyerler
262 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.06.20, 08:34
İyunda hava necə olacaq?
25.05.20, 09:07
Rusiya və Çin...
Go to TOP