Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2020

İmam Cəfər Sadiqin (ə) oructutanlara tövsiyələri

1. Oruc tutduqda özünü axirətə yaxın bil.
2. Oruc tutduqda sənin əhvalın xüzu, xüşu, təvazökarlıq və xar halında olsun, öz ağasından qorxan qul kimi qorxu və xof halında ol.
3. Qəlbini hər növ eyblərdən, batinini hər növ hiylə və məkrlərdən təmizlə.
4. Allahdan başqa hər şeydən uzaqlaş.
5. Oruc olduğun vaxt Allahı öz vəli və mövlan bilməkdə xalis ol, Qəhhar Allahdan qorx.
6. Oruc olduğun vaxt öz ruh və cismini tamamilə Allahın məhəbbəti və zikrinə məşğul et.
7. Cism və canını Allahın göstərişlərinə, dəvət etdiyi, tapşırdığı işlərə əməl etməyə hazır et.
8. Bədən üzvlərini Allahın göstərişləri ilə zidd olan əməllərdən çəkindir. Xüsusilə də dilini düzə and içməkdən və mücadilə etməkdən saxla.

İmam Cəfər Sadiq (ə) rəvayətin sonunda buyurur: “Bütün bunlara əməl etsən, həqiqətdə oruc tutan şəxs üçün layiq olan şeylərə əməl etmisən. Deyilən əməllərdə nə qədər səhlənkarlıq etsən, öz orucunun fəzilət və savabından həmin miqdarda azaltmısan.” 

Kamil arif Mirzə Cavad Ağa Məliki Təbrizi dəyərli “Əl-Muraqibat” kitabında İmam Sadiqin (ə) yuxarıdakı hədisini nəql etdikdən sonra yazır:

Oructutan şəxsin vəzifələri barədə deyilmiş bu tövsiyələrə diqqət et, onların faydaları barədə düşün. Bil ki, əgər bir kəs özünü Qiyamətə yaxın görsə, qəlbi dünyadan üzülər və yalnız axirət azuqəsi toplamağa məşğul olar. Qəlbi sınan, təvazökarlıq və itaət halı tapan kəsin düşündüyü və ürək bağladığı yalnız Allah olar. Hər kəs cism və canını Allah üçün müti etsə, Ondan qeyri hər şeydən üzülsə ruhu, qəlbi, cismi və bədəninin bütünə üzvləri Allaha məhəbbət, zikr və ibadət dəryasına qərq olar. Allahı and veririk Öz dərgahına yaxın olanların haqqına ki, bir gün də olmuş olsa, bizə belə bir oruc nəsib etsin.
359 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.06.20, 08:34
İyunda hava necə olacaq?
25.05.20, 09:07
Rusiya və Çin...
Go to TOP