Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2020

Ali Məqamlı Rəhbərin Quran təfsiri - Problemlər üzərində qələbə üçün Allahın yardımına inanmaq

Həzrət Ayətullah əl-üzma Xamenei görüşlərinin birində Qurani-kərimin “Talaq” surəsinin üçüncü ayəsinə işarə edərək cəmiyyətdə problemlərə qalib gəlməyə inanmağın mühüm bir məsələ olduğunu açıqlayaraq deyib: 

“Bir xalqın maneələrə qalib gələcəyinə inanması çox mühümdür.

Uca məqsədlər səmtinə irəliləmək istəyən cəmiyyət təbbi olaraq bir çox maddi maneələrlə qarşılaşır. Xüsusilə də müasir maddi dünyada əgər cəmiyyətin mənəvi ideyaları olsa, maneələr yaranır.
Bir xalqın maneələrə qalib gələcəyi hissi ilə yaşaması böyük əhəmiyyət daşıyır. Ayə və rəvayətlərdə bunları oxuyuruq və buna inanırıq, lakin bunları görməyimiz və dərk etməyimiz çox önəmlidir.

Həzrət İbrahim (ə) dedi: Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər! Allah buyurdu: Məgər inanmırsan? Dedi: Bəli, inanıram, lakin istəyirəm qəlbim rahat olsun.

Qəlbin bu rahatlığı insanın bir inancı canının dərinliyindən qəbul etməsi üçün mühümdür.

Bunu Müqəddəs Müdafiə müharibəsi bizə göstərdi.
Ona görə də biz deyə bilərik ki, İslam Respublikası onun əleyhinə yaradılmış bütün problemlərə qalib gələ bilər.”
198 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
04.06.20, 08:58
4 iyunda gözlənilən hava
01.06.20, 08:34
İyunda hava necə olacaq?
Go to TOP