Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2015

"Ermənilərə xərcləməkdənsə, şəhid ailələrinin pulunu verin"

"O pullar sizin yox, xalqındır"; Əli Kərimli 15 mart mitinqinin daha bir tələbini elan etdi

AXCP sədri Əli Kərimli hökumətin şəhid ailələrinə sosial sığorta haqqını 20 ildir ödəməməsindən yazıb və Milli Şuranın 15 mart mitinqində bu problemin də diqqətdə olacağını bildirib. Onun facebook-da paylaşdığı qeydi təqdim edirik:

“Hökumət rəsmiləri deyir ki, Ermənistan iqtisadiyyatına yatırmağa kifayət qədər pulumuz var. Düşmən ölkəyə də sərmayə qoymağa hazırlaşırlar (http://www.azadliq.info/xeberler-menu/311-son-xbrlr/62376-allaha-and-olsun-ki-ermnistana-yatrmaa-pulumuz-var.html). Üstəlik, bütün Avropa dövlətlərindən Avropa Yay Oyunları üçün Bakıya gələcək minlərlə idmançının, o cümlədən də Ermənistan idmançılarının, onları müşayiət edən şəxslərin xərclərini çəkəcəklər. Biz isə deyirik ki, o pullar sizin yox, xalqındır. İlk növbədə bu torpaqların müdafiəsi uğrunda döyüşlərdə əzizlərini itirmiş şəhid ailələrinin pulunu verin. Hökumət 13500 nəfər şəhid ailəsinin hər birinə 11 min manat sosial sığorta (xalq arasında qan pulu deyirlər) haqqı ödəməlidir. Bu pul 1994-cü ildən bu günə qədər hələ də şəhid ailələrinə ödənilmir. Yüzlərlə şəhid valideyni bu pulu ala bilmədən artıq dünyasını dəyişib, minlərlə şəhid övladı bu pulu almadan kasıblıqla, bir gün ac, bir gün tox böyüməli olub. Milli Şuranın 15 mart, saat 15-də, “Məhsul” stadionunda (İnşaatçılar metrostansiyasının yanında) keçiriləcək mitinqinin tələblərindən biri də şəhid ailələrinin sosial sığortasının ödənilməsi olacaq. Siz də gəlin, bu tələbə qoşulun, "talana son" deyin. Hətta ermənilərə də xərcləməyə pulları varsa, zəhmət çəkib, şəhid ailələrinin pullarını versinlər!”.


5090 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP