Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2016

Ömürlük hakimiyyəti “qanuniləşdirmək” cəhdi xalqa qarşı təhqirdir

Əli Kərimli: Ömürlük hakimiyyəti “qanuniləşdirmək” cəhdi xalqa qarşı təhqirdir

Arif Hacılı: Demişdim ki, Türkiyədə rejim sərtləşsə "bu" Azərbaycana da təsir edəsək

Azərbaycanda prezidentin konstitusiyaya dəyişikliklər aktı barədə sərəncamı və ANS telekanalının bağlanması xəbərindən sonra partiya sədrləri məsələyə münasibət bildiriblər.


AXCP sədri Əli Kərimli şəxsi facebook səhifəsində belə şərh edib: "İlham Əliyevin prezidentlik müddətini 5 ildən 7 ilə qaldırmaq, özünə hakimiyyətini istədiyi vaxt ötürə biləcəyi birinci vitse-prezident təyin etmək, prezident seçilmək üçün 35 yaş məhdudiyyətini ləğv etmək istəyi ölkədə de-fakto mövcud olan qeyri-məhdud ailə hakimiyyətini konstitusiyalaşdırmaq cəhdidir. Əvvəllər bunu edirdilər, amma qanuna salmağa utanırdılar. İndi daha utanmırlar. Cümhuriyyətimizin quruluşunun 99-cu ilində ölkəmizdə ömürlük hakimiyyəti, ailə hakimiyyətini “qanuniləşdirmək” cəhdi xalqa qarşı təhqirdir. Xalq olaraq toparlanmalıyıq, heç şübhəsiz ki, bu referendum oyununa ciddi etiraz etməliyik. Qabağa düşmək, etirazları təşkil etmək bizdən, iştirak etmək, dəstək vermək hamımızdan! Millətcə toparlanmaq zamanıdır!"

Müsavat başqanı Arif Hacılı isə bildirib ki, "ANS TV bağlanıb. Konstitusiya dəyişikliyi, prezident seçilmək üçün aşağı yaş həddinin ləğv edilməsi layihəsi ictimailəşdirilib. Aydın deyil ki, hətta bələkdəki körpənin də prezident seçilmək hüququ var, ya yox. Demişdim ki, Türkiyədə rejim sərtləşsə bu Azərbaycana da təsir edəsək. Amma belə sürətlə olacağını mən də gözləmirdim. Gürcüstanda olan pozitiv dəyişiklikləri illərlə görməyən Əliyev rejimi, Türkiyədəki neqativ gəlişmələrdən dərhal nümunə götürdü. İki gün keçməmiş..."


1244 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma
18.10.17, 10:29
Antibiotikdən 10 q