Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2016

Cəlilabadda Qafqazın ən qədim dini məbədi aşkar olunub - FOTO

Cəlilabadda yerləşən Polutəpə qədim yaşayş məskənində Qafqazın ən qədim dini məbədi aşkar olunub.
Rayonun Üçtəpə kəndində olan tarixi məkanda bir neçə ildir arxeoloji qazıntı işləri aparılırdı.
Bu dövr ərzində müxtəlif mədəni təbəqələrdən Neolit dövrünə aid olan xeyli sayda bəzək, məişət, eləcə də əmək alətələri tapılıb. Lakin bu il ilk dəfə olaraq burada nəinki Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə rast gəlinən qədim dini məbəd aşkar olunub.
Qədim ibadətgahın mərkəzində çala içində böyük küp yerləşir. Eyni zamanda küpün də daxili kül ilə doldurulub. Arxeoloji ekspedisiyanın rəhbəri Tufan Axundovun sözlərinə görə, kül qalıqları burada dini ayınlərin icra olunması zamanı istifadə olunan odun qalıqlarıdır.
Məbəddən başqa burada biri uşaq olmaqla iki insan qəbiri də aşkar olunub. Artıq Polutəpə yaşayış məskəninin üçündə, bir də ən son mədəni təbəqə üzərində qazıntı işləri yükunlaşmaq üzrədir./report/


Qafqazın ən qədim dini məbədi Azərbaycanda aşkar olundu - FOTO




723 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.10.17, 17:12
Şəhidimiz dəfn edildi
21.10.17, 10:44
Restoranda bıçaqlanma
19.10.17, 11:25