Шрифт өлчүсү:
А+
А
А-
20 Сентјабр 2016

Фәал ҝәнҹләр митингөнҹәси тәзјигә мәруз галыблар

Мәсуд Әсҝәр: "Жим" етмәјә мәҹбур едирдиләр

НИДА Вәтәндаш Һәрәкатынын координатору Мәсуд Әсҝәр сентјабрын 15-дән полис  нәзарәтинә ҝөтүрүлүб. Бу барәдә Мејдан ТВ-јә данышан Мәсуд Әсҝәр билдириб ки, сентјабрын 15-дә саһә мүвәккили евләринә ҝәләндә, о, евдә олмајыб: "Һәмин ҝүнү ахшам јенә ҝәлиб, јенә евдә олмамышам.Бундан сонра зәнҝ едиб бөлмәјә ҝәлмәјими тапшырды, рәис вә мүавининин мәнимлә ҝөрүшмәк истәдијими сөјләди. Ҹаваб вердим ки, ахшам саат 11-дә ҝәлә биләрәм, һәмин вахт зәнҝ едәндә исә сәһәр саат 9-да ҝәлмәјими истәди. Сентјабрын 16-да сәһәр саат 9-да бөлмәјә ҝетдим, ахшама гәдәр сахладылар вә сонра бурахдылар. Анҹаг сентјабрын 17-дә јенә чағырыб митингин сонуна гәдәр сахладылар".



Bölmədə ona mitinqə getdiyinə görə saxlandığını bildiriblər: ""Saxlanmağımı sentyabrın 11-də mitinqdə iştirakımla əlaqələndirirdilər.  Açıq şəkildə təhqirlərlə, söyüşlərlə deyirdilər ki, aksiyaya çıxmaq olmaz. Rəis səviyyəsində məni də, mitinq təşkilatçılarını da söyürdülər. Fiziki təzyiqə gəlincə, ""jim"" etməyə məcbur edirdilər. Amma etiraz edəndə, zarafat etdiklərini deyib,""sadəcə, mitinqə çıxma""- söylədilər"".

O, qanunsuz saxlandığı üçün məhkəməyə müraciət edəcəyini bildirib: ""Vəkilim Fariz Namazlı ilə məsələni müzakirə edəcəyik"".


Toğrul İbrahim.

Plakata görə həbs

AXCP Gənclər Komitəsinin üzvü Toğrul İbrahim mitinq günü - 17 sentyabrda həbs olunub. Onu ""Məhsul"" stadionuna təbliğat plakatı keçirmək istəyərkən həbs ediblər.

Bu barədə Meydan TV-yə onun qardaşı Turan İbrahim deyib.

Toğrul İbrahim sentyabrın 19-da Yasamal Rayon Məhkəməsinin qərarı ilə 8 sutka azadlıqdan məhrum edildi. Turan İbrahim deyir ki, qardaşı ilə əlaqə saxlayıb, onun vəziyyəti normaldır.

Onların atası, AXCP sədrinin müşaviri Məmməd İbrahim hazırda həbsdədir.


Əli Zeynal.

Saçımı qırxdılar

NİDA üzvü Əli Zeynalov da 17 sentyabr mitinqindən 1 gün əvvəl sahə müvəkkili tərəfindən çağırılıb. Ona Hərbi Komisarlıqda problem olduğundan polisə dəvət olunduğunu deyiblər: ""Sonra Yasamal rayon 29-cu polis bölməsindən gəlib bölməyə apardılar, izahat yazdırdılar, gecə saatlarına qədər saxladılar və səhər təkrar gəlməyimi istədilər. Mitinq günü səhər saat 9-da getdim, mitinq bitən kimi buraxdılar. Xüsusi bir təzyiq olmadı, saçımı qırxdılar, səbəb kimi də 15 sutka inzibati cəza alacağımı göstərdilər. Mən dərsdən qaldığımı və buna görə arayış istədiyimi söyləmişdim, rəis arayış verəcəyini vəd edib, görək, nə olacaq"".

Əli Zeynalov polislərdən nəyə görə saxlandığını sual etsə də, ""özün bilirsən"" cavabını alıb. O, məhkəməyə müraciət edəcəyini deyir.


Məcid Mərcanlı.

Toydan bir gün əvvəl həbs təhlükəsi

NİDA İdarə Heyətinin üzvü Məcid Mərcanlı isə sentyabrın 15-də, toyundan 1 gün öncə həbs təhlükəsi ilə üzləşib: ""Dostlarla oturmuşduq, evdən zəng etdilər ki, polislər hərbi xidmət adıyla səni axtarırlar. Artıq həmin ərəfədə dostlarımızın saxlandığı barədə məlumatlar alanda, nə üçün axtarıldığımı anladım. Sonra sahə müvəkkili zəng etdi ki, gəl, səni çox saxlamayacağıq, cavab verdim ki, sabah toyumdur, vaxtım yoxdur. Toydan sonra ünvanımı və telefonumun nömrəsini bilirsiniz, nə vaxt istəsəniz, gələ bilərəm. Ardınca Yasamal Rayon Polis İdarəsindən bir nəfər zəng edib dedi ki, tez gəl, elə etmə ki, səni sabah toydan aparaq. Dedim ki, əgər istəyirsiniz, sabah gəlin aparın, amma bu gün gəlməyəcəm. Bundan sonra üçüncü zəng gəldi, bu dəfə bir az mülayim danışdı, gəlməyimi istədi, rəisin görüşmək istədiyini, yuxarıdan tapşırıq olduğunu və 1-2 saatlıq söhbət olacağını dedi. Mən özümü riskə atmadım, çünki buraxıb-buraxmayacaqlarını bilmirdim, ona görə getmədim"".

Məcid Mərcanlı toyu günü də dəfələrlə ona zəng olunduğunu dedi. Amma telefonu açmayıb: ""Hətta şadlıq evinin ətrafına yığışmışdılar, ona görə toydan tez çıxmalı olduq. Sentyabrın 17-də yaşadığım binanın qarşısına gəlib-gedirmişlər, açıq şəkildə maşından mənzilimizin izlənildiyi sezilirdi. Hazırda elə bir təzyiq yoxdur, çox güman ki, 17-18 sentyabr mitinqlərinə görə imiş"" . 


Karikatura Gündüz Ağayevə məxsusdur
Карикатура Ҝүндүз Ағајевә мәхсусдур.


518 дәфә бахылыб
Лоадинҝ ...
Nur-Az Xeber
Go to TOP