Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2016

“Rabitə Nazirliyində baş verən kirli hadisələr kolxoz bazarını xatırladır”

“Rüfəti dəmir qəfəsdə görməyi çox ağır qəbul etdim.Sözlə ifadə ediləsi bir şey deyil.Vəkilin yanında da oturda bilərdilər.Birinci inistansiya məhkəməsində Rüfət vəkili ilə yanaşı əyləşmişdi. Ancaq apellasiya məhkəməsində bunun əksini gördüm.Vəkil Bəhruz Bayramov vəsadət qaldırsa da hakim təmin etmədi.Bəlkə belə lazim imiş. Biz də Rüfətin dəmir qəfəsdəki şəklini sosial şəbəkələrdə yaydıq və bununla hakimin istəyinə öz dəstəyimizi verdik. İnsanlar baxdılar, yəqin ki, hakimə əhsən deyənlər də oldu”.

Bunu moderator-a açıqlamasında bir neçə gün öncə sosial şəbəkələrdə məhkəmə salonunda çəkilmiş fotosu yayılmış, hazırda həbsdə olan sabiq müstəntiq Rüfət Səfərovun atası Eldar Sabiroğlu deyib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu “Qarşıdakı Apelyasiya məhkəməsindən nələrsə gözləyirsinizmi?” sualımızı da cavablandırıb:

“Apellasiya məhkəməsində müəyyən güzəştlərin ola biləcəyini demək çox çətindir. Hakimin müstəqil qərar çıxarmasına inana bilmirəm. Əks təqdirdə o, bu məsuliyyətin cavabını verməli olar. Qaydalar belədir. Necə fikirləşirsiniz, dəmir qəfəsdən çıxarmağı istəməyən hakimdən hansısa müstəqil qərar qəbul etməyi gözləmək olarmı? Təki səhv düşünüm”.

E.Sabiroğlu daha sonra bunları deyib:

“Rüfət günahsızdır və onu şərləyərək azadlıqdan məhrum ediblər. Heç bir rüşvətdə əli yoxdur. İstintaq uydurma şahidləri keçmiş müstəntiqin üzünə qoyaraq uğursuz bir tamaşa yaratdı. Ssenari çox bərbad yazılmışdır. Ancaq indi elə real tamaşaların şahidiyik ki, adam seyr etdikcə sözün həqiqi mənasında özünü şaşırır. Doğurdanmı belə şeylər ola bilər?! Baxın, Rabitə Nazirliyində baş verən kirli hadisələrə. Sanki bir kolxoz bazarını xatırladır. Birisinə villa tikdirmək üçün 1.5 milliyon dollar pul verilir. Əcəba bu pulların mənbəyi hardandır? Nazir müavinləri özləri açıq etiraf edirlər ki, ayda hər biri 30-50 minlik paketlə təmin olunurmuşlar. Amma onlar vəzifələrini icra etməkdədirlər. Qurdalasan digər strukdurda da oxşar vəziyyətlərlə raslaşmaq mümkündür. Soruşmaq ayıb olmasın, necə baş verir bunlar? Birsini maddi sübut olmadan guya ki, 2-3 min rüşvət almaqda təqsirli bilib 9 il iş verirlər. Ancaq başqa iri kalibrli korrupsionerə isə toxunan yoxdur. Belə ədalət, belə qanunçuluq olmur. Mən Rabitə Nazirliyində baş verən hadisələri oxuduqca dəhşətə gəldim. Adama xəyal kimi görünür”.


766 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma
18.10.17, 09:51