Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2018

Gürcülər 500, ermənilər 458, azərbaycanlılar 308 dollar əməkhaqqı alır

Ölkədə sosial-iqtisadi vəziyyət günü-gündən pisləşir. Əmək qabiliyyətli əhalinin 50 faizdən çoxu işsizdir. Bu səbəbdən yoxsulların, imkansızların, dilənçilərin sayı artır. Son illər intihar hadisələrinin sayı sürətlə artmaqda davam edir. İşsiz qalan, maddi çətinliklərlə üzləşən çoxlu sayda insanlar depressiyaya düşür, bəziləri özlərinə qəsd edirlər. Sanki bütün bunlar bu ölkədə baş vermir. Hakimiyyətin bunları görən gözləri kor, eşidən qulaqları isə kar olub. Bu azmış kimi hakimiyyət həmişə olduğu kimi yenə də rüşvətxorluqla, xalqın sərvətini talamaqla, mənimsəməklə və xarici ölkələrə çıxarmaqla məşğuldur.
Demək olar ki, artıq Azərbaycan Cənubi Qafqazın ən geridə qalmış ölkəsidir. Baxın, Gürcüstanda orta aylıq əmək haqqı 500 dollar, Ermənistanda 458 dollar, zəngin təbii resurslara malik olan Azərbaycanda isə 308 dollar təşkil edir. Gürcülər azərbaycanlılardan ayda 192 dollar, ermənilər isə 150 dollar çox əmək haqqı alırlar. Buna baxmayaraq, iki həftədir ki, ermənilər “Buranı Azərbaycana çevirməyin”, “Ölkəni Azərbaycanın gününə qoymayın!” şuarları ilə meydanlara çıxıb tam tərkibdə Ermənistan hökumətinin istefasını tələb edirlər.
Gənclərə, tələbələrə, siyasətə qoşulmayan insanlara müraciət edirəm. Bəs biz nə etməliyik? Susmalıyıq? Dözməliyik?

Vahid Məhərrəmli


1594 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
Go to TOP