Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2018

Abbasi xəlifəsi dövründə “uçan boşqab” rəvayəti haqqında araşdırma

Hər bir ağıllı və düşüncə sahibi olan insan üçün belə bir sual yaranır: Görəsən, insanlar tərəfindən görünməsi haqda ardıcıl məlumatlar verilən uçan naməlum obyekt (UNO), yaxud həmin uçan boşqab doğrudan da Yer kürəsindən olmayan, yəni digər planetlərdən olan varlıqların inkişaf etmiş və mürəkkəb məhsuludurmu?

İlk dəfə 1947-ci ildə amerikalı pilot Kenneth Arnold öz şəxsi təyyarəsi ilə uçan zaman birdən 9 ədəd dairə şəkilli naməlum əyşa ilə qarşılaşır. Bu hadisədən sonra uçan boşqab, qərblilərin təbirincə desək UFO (Unidentified Flying Object) haqqında söz-söhbətlər böyüməyə başladı.

 Ø±ÙˆÛŒØª یوفو در زمان یکی از خلفای عباسی

Kenneth bu naməlum əşyanın ağılasığmaz sürətini gördükdə çox heyrətlənir. Çünki o zaman hava sahəsində heç bir texnika o sürətlə uçmurdu.

رویت یوفو در زمان یکی از خلفای عباسی

Belə deyirlər ki, uçan boşqabla bağlı müşahidələr və mövzular Amerikanın gizli və təbəqlənmiş sənədləri arasında saxlanılır. Ola bilsin ki, digər ölkələrdə də buna aid məxfi sənədlər olsun.

Hər bir ağıllı və düşüncə sahibi olan insan üçün belə bir sual yaranır: Görəsən, insanlar tərəfindən görünməsi haqda ardıcıl məlumat verilən bu uçan naməlum obyekt, yaxud həmin uçan boşqab doğrudan da Yer kürəsindən olmayan, yəni digər planetlərdən olan varlıqların inkişaf etmiş və mürəkkəb məhsuludurmu?

رویت یوفو در زمان یکی از خلفای عباسی

Abbasi xəlifəsi dövründə uçan boşqabın görünməsinə aid sənəd

Abbasi xəlifəsi Müqtədir Billahın dövründə hicri-qəməri 4-cü əsrin əvvəlləri və 309-cu h.q. ilində slavyanların (bolqarların) müsəlman kralı Almuş bin Yeltvar İslamın inkişafı və genişlənməsi, şəri hökmlərin izahı, məscid tikilməsi, habelə əsas düşmənləri olan yəhudi xəzərlərə qarşışmaq  üçün xəlifədən kömək istəyir. Xəlifə də bu işlərin yerinə yetirilməsi üçün 4 nəfəri, o cümlədən tanınmış fəqih və dinşünas İbn Fuzlanı o məntəqəyə göndərir.

Slavyanlar Atil, hal-hazırda Volqa adlanan çayın sahillərində yaşayan tayfalar idilər. Onlar Volqa bolqarları adi ilə də tanınırdılar. Əsas məskənləri Xəzər dənizinin şimal və şimal-qərb, Qafqazın şimal əraziləri idi. Hal-hazırda onların məskəni Rusiya ərazisidir. Böyük ehtimala əsasən, slavyanların dövləti bu günkü Tatarıstan və Çuvaşistan respublikaları arasında olmuşdur.

رویت یوفو در زمان یکی از خلفای عباسی

Xəlifənin nümayəndəsi və onlarla birlikdə gedən heyət İrandan ötərək Mavərənnəhr səmtinə getməklə 310-cu qəməri ilinin ilk ayında (Məhərrəm ayında) slavyanların ərazisinə çatdılar.

رویت یوفو در زمان یکی از خلفای عباسی

İbn Fuzlan öz səfəri barədə müxtəsər “Səfərnamə” kitabında məlumat verir. Bizim kimi gələcək nəsil üçün irs qoyulmuş bu kitabda olduqca dəyərli və maraqlı məlumatlar verilmişdir. Ona görə də daim təhqiqatçıların diqqətini özünə cəlb edir. İbn Fuzlan bu dəyərli əsərdə həmin məntəqə xalqlarının adət-ənənəsini, o dövrdəki xüsusiyyətlərini qələmə almışdır. Demək olar ki, sözügedən məntəqə barədə məlumat əldə etməyə aid rus təhqiqatçıları üçün ondan başqa bir əsər mövcud deyil.

رویت یوفو در زمان یکی از خلفای عباسی

İbn Fuzlanın “Səfərnamə”sində qələmə alınmış heyrətli məsələlərdən biri də uçan naməlum əşyadan söz açılmasıdır. Belə ki, İbn Fuzlan bir neçə nəfərlə birlikdə onu öz gözləri ilə yaxından görmüş və gördüklərini də dəyərli kitabında yazmışdır.

Dinşünas alim bu heyrətli məsələ haqqında belə yazır:

«و رأيت في بلده من العجائب ما لا أحصيها كثرة، من ذلك: أنّ أوّل ليلة بتناها في بلده، رأيت قبل مغيب الشّمس بساعة قياسية أفق السماء، و قد احمرّت احمرارا شديدا، و سمعت في الجو أصواتا شديدة و همهمة عالية، فرفعت رأسي، فإذا غيم أحمر مثل النّار قريب مني، و إذا تلك الهمهمة و الأصوات منه، و إذا فيه أمثال النّاس و الدّوابّ، و إذا في أيدي الأشباح التي فيه تشبه النّاس رماح و سيوف أتبيّنها و أتخيّلها، و إذا قطعة أخرى مثلها أرى فيها أيضا رجالا و دواب و سلاحا، فأقبلت هذه القطعة تحمل على هذه كما تحمل الكتيبة على الكتيبة، ففرعنا من ذلك، و أقبلنا على التضرّع و الدعاء، و هم يضحكون منا و يتعجّبون من فعلنا. قال: و كنّا ننظر إلى القطعة تحمل على القطعة، فتختلطان جميعا ساعة ثم تفترقان، فما زال الأمر كذلك ساعة من اللّيل ثمّ غابتا، فسألنا الملك عن ذلك فزعم أنّ أجداده كانوا يقولون: إنّ هؤلاء من مؤمني الجنّ و كفارهم و هم يقتتلون في كل عشيّة و إنّهم ما عدموا هذا مذ كانوا في كلّ ليلة»

Tərcümə:

“Onun (slavyanların şahının ölkəsində) çoxlu heyrətli hadisələrlə qarşılaşdım. Onların hamısını saymaq mənim üçün mümkün deyil. O cümlədən:

O şəhərdə qaldığımız ilk gecə Günəşin qürubundan tam bir saat əvvəl (yəni hava tamamilə aydın-açıq idi) səmanın üfüqündə (adi halda olmayan) həddindən artıq qırmızılıq yarandı və mən səmadan uca və qarışıq səslər eşitdim. Başımı yuxarı qaldırdım. Bu zaman alova oxşar qırmızı rəngli bulud gördüm. Bulud mənə çox yaxın idi və qarışıq səslər ondan gəlirdi. Bu buludun sərnişinləri insanlara və heyvanlara oxşayan varlıqlar idi.

رویت یوفو در زمان یکی از خلفای عباسی

Bu zaman insan və heyvana oxşar o sərnişinlərin əllərində nizə və qılıncların olduğunu da həm gördüm, həm də təsəvvür etdim. Orada bir parça (qırmızı rəngli buluda oxşar) digər bir şey da gördüm. Ondan öncə gördüyüm, sərnişinləri insan və heyvanlara oxşar və əllərində silah olan əşya kimi. Sonra bu parça o biri parçaya hücum etdi; bir-birinə hücum edən və döyüşən iki qoşun kimi.

رویت یوفو در زمان یکی از خلفای عباسی

Bu vəziyyəti görəndə bizim hamımız çox qorxduq və (qorxunun təsirindən) ağlamağa, dua etməyə başladıq. Həmin varlıqlar buna görə bizə gülürdülər və bizim hərəkətimizə təəccüb edirdilər.

Bu parçanın  o biri parçaya hücumunun davam etdiyini müşahidə edirdik. Onlar bir müddət beləcə döyüşdülər. Sonra bir-birlərindən ayrıldılar. Bu hərəkət axşamdan bir saat keçmişə qədər davam etdi, sonra hər ikisi gözdən itdi.

Biz o məntəqənin şahından və hakimindən bu hadisə barədə soruşduq. O dedi ki, bizim babalarımız deyirdilər: Bu mövcudat mömin və kafir cinlərin tayfalarındandır. Onlar mövcud olduğu vaxtdan hər axşam bir-birləri ilə döyüşürlər. Heç bir gecə bu işdən əl çəkmirlər.” (İbn Fuzlan, Əhməd; “Türk, Rus və Saqaliba ölkələrinə səfər”)

 

İrad və təhlil

1. İslam aləminin məşhur coğrafiyaşünası Yaqut Həməvi (vəfatı 626 h.q.) dəyərli “Möcəmül-büldan” kitabında bu mətləbi birbaşa olaraq İbn Fuzlanın “Səfərnamə” kitabından iqtibas edərək gətirmişdir. (“Möcəmül-büldan”, c. 1, səh. 487)

Əlbəttə, bizim qeyd etdiyimiz mətnlə çox az və nəzərə çarpmayan bir fərqlə.

Yaqut Həməvinin gətirdiyi mətndə deyilir:

“O şəhərin əhalisi bizə gülürdü və bizim hərəkətlərimizə təəccüb edirdi.”

Bizim gətirdiyimiz mətndə isə deyilir:

“O varlıqlar bizə gülürdü və bizim hərəkətlərimizə təəccüb edirdi.”

Göründüyü kimi Yaqutun əlində olan nüsxədə gülmək və təəccüb o şəhərin əhalisinə nisbət verilir. Çünki o şəhərin əhalisi bu hadisəni çox görmüşdü və bilirdilər ki, bunun onlar üçün heç bir qorxusu yoxdur. Ona görə də İbn Fuzlan və onun yoldaşlarının qorxudan ağlaması və dua etmələri onlar üçün gülməli və təəccüblü görünürdü. Bu daha ağlauyğun görünür.

Bu fərq nüsxələrin çox köhnə olduğu üçün yaxşı oxuna bilməməsi üzündən yaranmışdır. Doğrusu, göründüyü kimi elə də əsaslı fərq deyil.

2. O ölkə şahının sözügedən varlıqları bir-birləri ilə döyüşən kafir və mömin cinlər adlandırması əsassızdır. Çünki bu yalnız bir fərziyyədir və o dövrün adamlarının təsəvvürləri əsasında deyilmişdir. Ona görə də ümumiyyətlə kökündən səhv ola bilər. Onların cin adlandırdığı insan və heyvana oxşar mövcudlar tamamilə ayrı bir varlıqlar ola bilər.

3. Burada diqqəti çəkən məsələ İbn Fuzlan və onun yoldaşlarının slavyanların ölkəsində gördükləri; müasir təbirlə “iki uçan boşqab”, yaxud həmin “UFO”-dur. 11 əsr bundan əvvəl insanların istifadə etdiyi minik və daşıyıcı vasitələr at-ulaq və ən müasir səviyyədə kəcavə idi. Hətta təyyarə və onun kimi vasitələr o zamankı insanların təsəvvürünə belə gəlmirdi. Ona görə də İbn Fuzlan və başqaları bu uçan naməlum əşyanın xüsusiyyətlərini şərh etdikdə bulud mənasına olan “ğəym” sözündən istifadə etməyə məcbur olublar. Qeyd edək ki, belə adlandırmaq daha maraqlı və yerindədir. Çünki barəsində danışdığımız naməlum obyekt bulud kimi havada asılı vəziyyətindədir. Baxmayaraq ki, İbn Fuzlanın rəvayətində bu obyekt buluda oxşar və qırmızı alov kimi təsvir edilir. Amma müasir zamanda bu kimi əşyaları görənlər onu buluda oxşar, ağ rəngli, yaxud boz rəngli olduğunu deyirlər. Əlbəttə, bəziləri onun qırmızı rəngdə olduğunu da demişdir.

4. İbn Fuzlan görmüşdür ki, bu iki bulud, yaxud uçan boşqab bir-birilə döyüşür və bir-birinə yapışır, sonra da ayrılır.

Müasir dövrdə uçan boşqabları görənlərin də söylədikləri arasında belə məlumatlar vardır ki, iki uçan boşqab eyni vaxtda görünür, yaxud onlardan biri kosmik gəminin zahiri bədənindən ayrılır və ya bir müddətdən sonra ayrılmış üzv ana uçan boşqaba birləşir.

Ola bilər ki, İbn Fudlan ayrılmaları və döyüşmələri dərk və həzm edə bilməmiş olsun. Ona görə onların bir-birlərilə döyüşdüyünü düşünüb.

Mətnə əsasən, uçan buludlar təqribən iki saat cəzb və dəflə məşğul olub.

5. İbn Fuzlan bu iki səma gəmisinin sərnişinləri barədə deyir:

“O naməlum uçan əşyanın sərnişinləri insan və heyvanlara oxşayırdı.”

Bu məsələ də diqqəti çox çəkir. Belə ki, müasir dövrümüzdə gələn müxtəlif xəbərlərdə də insanların yadplanetlilərlə yaxın qarşılaşması ilə çox uyğun olduğunu görürük.

Aşağıdakı şəkildə dünyanın müxtəlif yerlərində insanların qarşılaşdıqları yadplanetlilər təsvir olunmuşdur. Onların arasında insana və heyvana oxşayan varlıqlar mövcuddur:

رویت یوفو در زمان یکی از خلفای عباسی

6. İbn Fuzlan mətnin digər bir hissəsində yazır:

“Bu zaman insan və heyvana oxşar o sərnişinlərin əllərində nizə və qılıncların olduğunu da həm gördüm, həm də təsəvvür etdim.”

“Təsəvvür etdim” ifadəsindən belə nəticəyə gəlmək olar ki, bu mövcudlar onları görənlərin zehnində dəyişiklik yarada bilirlər. Eynilə bizim dövrümüzdə uçan boşqabları görənlər də bu və buna oxşar məsələni deyirlər. Onların dediklərinə görə, bu varlıqlar bəzən zamanda, yaxud məkanda, ya da zehində dəyişiklik yaradırlar.

İbn Fuzlanın insana oxşar varlıqların əllərində gördüyü, yaxud təsəvvür etdiyi nizə və qılınclara gəlincə isə, o dövrdə texnologiyanın bizim dövrümüzdə olduğu kimi inkişaf etməməsinə diqqət etməklə, çox güman ki, onlar antena, kontrol vasitələri, yaxud onlara oxşar xüsusi əşyalar olmuşdur. İbn Fuzlan 11 əsr bundan öncə belə şeyləri təsəvvür edə bilmədiyi üçün onları nizə və qılınca bənzətmişdir.

 

Nəticə

İbn Fuzlan dinşünas və din təbliğçisi olaraq 11 əsr bundan əvvəl indiki Rusiya Federasiyası ərazisində bu gün UNO və ya uçan boşqab adı ilə tanınan və müxtəlif yerlərdə görünməsi xəbərləri verilən əşyanı gördüyünü yazmışdır. Bu mətləb ufoloqlar üçün çox əhəmiyyətli ola bilər. Digər tərəfdən də UNO-ların yalnız şərq və ya qərb ölkələri tərəfindən hazırlandığını qəbul edənləri düşündürə, hətta onları qane edə bilər. Çünki 11 əsr bundan əvvəl qeyd olunmuş bu görünmə tarix səhifələri arasında bizə gəlib çatmışdır. Halbuki qərb dünyasında uçan boşqablar haqqında söz-söhbətlər 20-ci əsrin ortalarında yaranmışdır.

Abbasi xəlifəsinin dinşünas nümayəndəsi İbn Fuzlan 4-cü əsrdə təsadüfi olaraq ufoloqların yadplanetliləri sinifləndirilməsinə əsasən UNO-nun “ikinci növdən olan yaxın qarşılaşma”sını (close Encounters of the Second kind) müşahidə etmiş, həmin dövrün dərk və anlamı əsasında iki UNO-nun zahiri xüsusiyyət və sifətlərini anlamış, vəsf və şərh etmişdir.

Mənbə: Sirat qəzeti

Yazar: Seyid Mürtəza Mirsiraci, Quran və hədis elmləri üzrə doktorant

Tərcümə edən:  Seyid Zahir 



2279 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP