Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2018

Amerika tarixi Tramp kimilərlə doludur

Amerikalı jurnalist Vin Madsenin Keyhan qəzeti üçün qeydləri.

Nur-az.com Keyhana istinadla amerikalı jurnalistin yazısını təqdim edir.

ABŞ dövlətinin miqrantlarla vəhşicəsinə və qeyri-humanist rəftarı, övladı valideyndən ayırması, onları böyük qəfəsə salması və bu siyasəti müdafiə etməsi Amerika və dünyada geniş əks sədaya səbəb olub. Belə ki, Tramp dövləti bu siyasətdən geri addım atmağa və bu siyasəti icra etməyi dayandırmağa məcbur oldu. Buna baxmayaraq, hələ də bu qeyri humanist qanun Amerika dövləti üçün gündəm yaratmağa davam edir. Ötən günlərdə Virciniya ştatında Ağ Evin sözçüsü və ailəsinin bir restorandan çölə atılması xəbəri yayıldı. Səbəb yalnız bu idi ki, o Tramp kimi bir şəxs üçün işləyir. Öz-özlüyündə Amerika dövləti insanlıq meyarları və üslublarında kasad olduğunu göstərən bu məsələ ilə bağlı məşhur amerikalı araşdırmaçı və jurnalist, "İŞİD Amerikanın özüdür" kitabının yazarı Vin Madsenin fikirlərini öyrənmək qərarına gəldik. O Keyhan qəzeti üçün bu qeydləri qələmə aldı:

Amerika hökuməti müxtəlif dövrlərdə etik yanaşması və humanist dəyərləri qoruması məsələsini təkidlə vurğulayır. Lakin Tramp dövlətinin miqrantların balalarını əllərindən almaq kimi son addımları sübut etdi ki, bunların hamısı sözdə iddiadan başqa bir şey deyil. Real dünyada mövcud deyil. Vaşinqtonun bütün addımları bu iddialarla ziddiyyət təşkil edir. Amerika cəmiyyətinin içindən və kənardan olan ümumi qəzəb Trampı bu qanundan geri çəkilməyə məcbur etdi. Ailələrin parçalanması zəminində Amerika siyasətinin dəyişilməsinə səbəb oldu. Lakin bu qanunun dəyişilməsi ailələrindən qoparılmış 2300 uşağa heç bir kömək etmir. Son hadisənin çox narahat edici olmasına və uşaqların qəfəsə salınması insanların qəlbini incitməsinə baxmayaraq, belə hadisələr və bu cür rəhbərlər Amerika tarixində əvvəllər də olmuşdur. Bu hadisələr afro-amerikalı qullar üçün çox baş verib. Hələ də Amerikada qeyri-qanuni hərraclarda qul alveri uşaqları öz ata-analarından ayırır.

Bu məqama da diqqət olunmalıdır ki, Vaşinqton Amerikanın yerli övladları üçün də bir planı var və onları Qərb adət-ənənələrilə tərbiyə edir. Bir sözlə Amerika mod və modelilə yetişdirmək istəyir. Amerikanın miqrantlarla irqçi rəftarı bu ölkənin "irqçi nifrəti"nin yeni üfüqlərini açmışdır. Hazırda Tramp dünyanın ən mənfur şəxsiyyətidir. Dünyanın Trampa nifrəti o həddədir ki, dünya ölkələri ona sanksiya qoya və onun öz ölkələrinə girişinə qadağa qoya bilərlər.

Müxtəlif sahələrdə Trampın siyasi memarlarından biri də Stefan Millerdir. Bu şəxsin işləri daha çox Hitlerin generallarından biri, yəni Henrix Himlerin işlərinə oxşayır. Trampla əməkdaş olan insanlar, onun xarici siyasətinə yön verənlər olduqca irqçidirlər və ağ dərililəri başqa irqlərdən üstün sayırlar. Riçard Spenser, Ceyson Kesler və Devid Himler bu şəxslərdən bəzisidir. Nasist düşüncəsinə mənsub bu şəxslər növbəti aylarda Trampı dəstəkləmək məqsədilə Ağ Evin ətraf küçələrində nümayiş keçirəcəklər. Bununla da Trampın düşüncələrinə Amerika xalqı arasında müsbət yanaşanların olduğuna diqqət çəkmək istəyəcəklər.

Hazırda Amerika hakimiyyəti Almaniyadakı faşist rejiminə oxşar bir hökumtə çevrilib. Trampın seçkilərdə qələbə qazanmasıyla amerikalı radikal və millətçilərə meydan açılıb və onlar öz ideyalarını rahat açıqlayırlar. Ötən ildə Amerika ardıcıl olaraq öz küçələrinə ordu yeritməklə gündəmə gəlib. Qarşıdurmaların və ixtilafların əksəriyyəti irqçilik idi.

Bəlkə də ötən il Şarlotsvil hadisələrində Trampın neo-nasistlər kimi sağçı radikalları "yaxşı insanlar" adlandırmasını, Trampın irqçiləri açıq-aşkar dəstəkləməsinin başlanğıcı hesab etmək olar.

Bu mesajlar Ağ Evdən Kruz kimi cavanları belə addım atmağa təhrik edir. İrqçilər Tramp hökumətinin ürəyinə nüfuz etmişlər. Mənim fikrimcə Trampın müşavirləri və radikal sağçıların Kaliforniyadakı məktəbdə 17 nəfəri qətlə yetirən Kruzla heç bir fərqi yoxdur.


1472 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.19, 08:30
Avro-2020-nin təqvimi
Go to TOP