Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2019

Sosial şəbəkədə layk (bəyənmə) haqqında istifta

Ayətullah əl-üzma Xameneidən son günlərdə olunan istiftalara cavab

Hicabsızlığı təsdiq etmək

Sual: Sosial şəbəkələrdə hicabsız qadınların şəklini bəyənmək icazəlidirmir? Əgər onun üzü görünmürsə, yaxud müsəlman deyilsə, hökm nədir?
Cavab: Əgər batil və günahın təsdiq və rəvacı hesab olunsa, icazəli deyil.

Hicabı qorumaq şərti ilə yüngülvari makiyaj

Sual: Qadının öz hicabını və baş örtüyünü qoruması ilə yanaşı yüngülvari makiyaj etməsinin hökmü nədir?
Qadının gözün rəngindən çox fərqlənməyən linzalardan istifadə etməsi icazəlidirmi?
Cavab: Camaat arasında zinət və makiyaj hesab edilən şeyləri naməhrəmdən örtmək lazımdır.

Camaat namazında zahiri olaraq iştirak etmək

Sual: Ağıl qəbul edən məsləhət üzündən ədalətli bilmədiyim imam camaata iqtida edirəm və sonra namazı təzədən qılıram. Əgər mən imam və məmumlar arasında birləşmək vasitəsi olaramsa, namazımı təzədən qıldığımı onlara deməyim vacibdirmi?
Cavab: Deməyiniz lazım deyil.

Müğənninin gəliri

Sual: Bir nəfərin işi toylarda müğənnilik etməkdir. Halbuki, onun oxuması ləhv musiqi və digərlərini rəqsə təşviq etməsi ilə yanaşıdır. Onun gəlirinin iradı varmı?
Cavab: Əgər onun oxumağı, ya musiqi alətindən istifadə etməsi haram növdən olsa, bu iş qarşısında haqq alması icazəli deyil.

İnternet yarışlarında iştirak etmək

Sual: Bəzi internet yarışları vardır ki, suallara cavab verməklə mükafat alırsan. Belə yarışlarda iştirak etmək olarmı?
Cavab: Əgər yarışda iştirak etmək təmənnasız olsa, yaxud udan tərəfə bir məbləğin verildiyi bir neçə şəxs arasında olmasa, iradı yoxdur.

İmam camaatın qiraəti

Sual: a) Əgər imam camaatın qiraəti düzgün olmasa, məsələn hansısa hərfi kəsrə əvəzinə fəthə ilə oxusa, ona iqtida etmək düzgündürmü?
b) Ona iqtida edərək qılınan namazların hökmü nədir?
Cavab: a) İmam camaatın qiraəti hətta hərflərin hərəkəsində belə səhih deyilsə, ona iqtida etmək düzgün deyil.
b) Əgər imam camaatın qiraətinin düzgün olmadığını bilməmisinizsə, yaxud düzgün olduğuna etiqadınız olubsa, keçmişdə qıldığınız namazlar düzgündür.

Meyvə satmaqda kələk işlətmək (ğəşş)

Sual: Mənim peşəm meyvə satmaqdır. Sözsüz ki, meyvəni satmaq üçün onun eyblərini gizlədirəm. Məslən qabağa meyvələrin yaxşısını düzürəm. Əlbəttə, müştəri meyvəni alanda onları seçir. Yaxud yerkökü kimi meyvələrin xarab olmasının qarşısını almaq üçün onu suya qoyuruq və səhər quruduruq. Yaxud ötən gecənin meyvələrini yeni gəlmiş meyvələrlə qarışdırırıq. Bu iş alverdə kələk işlətməkdirmi?
Cavab: Əgər satıcı öz malını olduğundan daha yaxşı göstərsə və müştərinin gözündə malını daha dəyərli etmək üçün bir iş etsə, bu iş tədlis hesab olunur (eybi gizlətmək, yaxud eybli bir şeyi tərifləmək, ya ona bəzək vermək kimi vasitələrlə eybsiz göstərmək). Belə olduqda, alıcı aldanıbsa, müamiləni pozmaq haqqına malikdir.

Təkrar zəlzələ baş verdikdə ayət namazı

Sual: Bu gecə azər ayının 4-də (25 noyabr) Kermanşahda bir neçə saniyə ara verməklə iki dəfə zəlzələ baş verdi. Belə ki, biz onun bir zəlzələ olduğunu düşündük. Lakin sonra televiziyada xəbərlərdə bildirdilər ki, bir-birindən ayrı iki zəlzələ baş verib. Biz iki ayət namazı qılmalıyıqmı?
Cavab: Əgər camaatın nəzərində bir zəlzələ hesab olubsa və ümumi camaat bir zəlzələ hiss edibsə, bir ayət namazı qılmaq vacibdir.


772 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP