Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2019

Dünyanın ən böyük arısı aşkarlandı - məhv olmuş sayılırdı

Dünyanın ən böyük arısı, "Nəhəng Uolles arısı" kimi tanınan "Megachile pluto" İndoneziyadakı Molukk adalarının şimalında aşkarlanıb.

Eurasia Diary Daily Mail-ə istinadən bildirir ki, bu arı məhv olmuş, nəsli kəsilmiş sayılırdı. Amerikalı və avstraliyalı bioloqlar erkək "Megachile pluto"nu yerdən 2 metr hündürlükdəki termit yuvasında tapıblar.

Son 38 ildə bu arını görən olmamışdı.

"Megachile pluto"nu ilk dəfə britaniyalı naturalist Alfred Uolles 1858-ci ildə aşkarlayıb.

Növbəti dəfə alimlər bu arı ilə 1981-ci ildə qarşılaşıblar. Amerikalı entomoloq Adam Messer "Megachile pluto"neu araşdıraraq bu arıların pətəklərini necə inşa etdiklərini müşahidə etmişdi.

Arının uzunluğu 4 sm-ə çatır.





893 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
Go to TOP