Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2019

Ustad Füruği: Ramazan ayınn ən mühüm müraqibəti

Yaxşı olar ki, mübarək Ramazan ayının bütün günləri İmam Zamana (əc) xüsusi diqqət yetirək, dualarımızın hamısında o həzrəti xatırlayaq, Mütəal Allahdan istəyək ki, bizim üçün İmama (əc) tərəf yol açsın. Bu məqsədə nail olmaq üçün özümüzü və bütün dünyəvi istəklərimizi unutmalı, rübubi məhzərə deməliyik:
İlahi, İmam Zaman (əc) olmadan dünyanı da mənə versən, mənim üçün faydasız olar və dünyanın mənim üçün mənası olmaz!

İmam (əc) olmadan dünya və axirətin heç bir mənası yoxdur. İnsanın cənnəti onun İmamıdır. Bir gün İmam Əli (ə) cənnəti Salmana göstərdi və ona buyudur ki, daxil ol! Salman dedi: Mövla, sənsiz cənnət mənim nəyimə lazımdır. Sən harada olsan, mənim cənnətim oradır.
Hər bir şey İmam Zamanın (əc) vücudunda nəqd şəkildə hazırdır. Əgər həzrət bizə nəzər salsa, bizim aləmimiz dəyişər və əgər qəlbimizə nəzər salsa, qəlbimiz qəlb olar.
İmam Zamanın (əc) bizə nəzər salması üçün ibadətimizdə sadiq olmalıyıq. İbadətdə sidq məqamına çatmaq üçün isə çoxlu məşq və təlaş etmək lazımdır. Hətta bu təlaş illərlə uzun çəksə də, yenə yorulmaq olmaz. Əgər bilsək ki, qarşıda bir həqiqət vardır, amma ondan faydalana bilmirik, onda maneənin bizim tərəfdən olduğunu başa düşməliyik. Ona görə də maneəni aradan qaldırmağa çalışmalıyıq, hətta bu on il, ya iyirmi il çəksə də yenə səy etməliyik. Deməyin ki, bir il, ya iki il təlaş etdik, amma bir şey hasil olmadı. Bütün varlığımız ilə təlaş etməli və məyus olmamalıyıq. O qədər təlaş etməliyik ki, axırda pərdəni götürsünlər və insana yol versinlər.

Böyük şəxsiyyətlərdən biri deyirdi:
On altı il müqəddəs Cəmkəran məscidinə getdim, çöllərdə, küçələrdə, evdə, məsciddə, səfərdə nalə etdim və dedim: Yəbnəl-Həsən haradasan?! On altı ildən sonra Cəmkəran məscidində pərdə kənara çəkildi və vüsal hərəmində həbibim, mövlam və ağamı ziyarət etdim. Gözüm məhbubun ürək oxşayan camalı ilə nurlandıqda dilə gəldim və fəraq zamanının uzunluğundan gileylənərək dedim: Mənim mövlam! On altı ildir ki, ayrılıq odunda yandım, nə üçün bu qədər uzaq idin?

Həzrət buyurdu: Əgər on altı il çəkməsəydi və görüş qapısını dərhal açsaydım, nə istədiyini bilməyəcəkdin və məni görəndə deyəcəkdin ki, dünyəvi işlərim yaxşı deyil, evim yoxdur, maşınım yoxdur, ayaqqabım və köynəyim köhnədir. Bu kimi işləri istəyəcəkdin. Amma indi başa düşmüsən ki, hara yetişmisən!


725 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP