Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2019

Donald Tramp:"İraqa hücum etmək bizə lazım deyildi"

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ 2003-cü ildə prezident Səddam Hüseynin hakimiyyətdən devrilməsi üçün İraqa hücum etməməli idi.

Tramp hesab edir ki, Yaxın Şərqdəki hərbi əməliyyatları genişləndirmək vacib deyildi.

“Hesab edirəm ki, bizim orada olmağımız lazım deyildi. Mən bu nizamsızlığa varis oldum. Bizim orada olmağımız lazım idimi? Xeyr, lazım deyildi”, – deyə Amerika lideri bildirib.

Tramp hər şeydən əvvəl ABŞ-ın sabiq prezidenti, kiçik Corc Buşun başladığı İraq kampaniyasından danışıb.

İraqa hücum etmək bizə lazım idimi, hansı ki, Ümumdünya Ticarət Mərkəzini məhv etmədi? Bu, terrorçuluğun artmasına imkan yaratmamış ölkə idi”, – deyə Tramp vurğulayıb.


939 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP