Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2019

Ermənilər Pənahəli xanın sarayında kef edir- biz isə “Buta-palac”larda...

“Palac”a bürün, Amerikanın, Avropanın dalınca sürün...

Azərbaycanın işğal altındakı torpaqlarında xarici düşmənlərimiz və öz hakimiyyət hərislərimizin sayəsində qondarılmış separatçı-terrorçu rejim əlində olan digər gəzməli-görməli guşələrimiz kimi Qarabağ xanı Pənahəli xanın Ağdam yaxınlığındakı qalasına da turist axınını hər il mümkün qədər gücləndirməyə çalışır.

Moderator xəbər verir ki, Şahbulaq ərazisindəki “Tiqranakert” adlandırılmış üzərində erməni bayrağı dalğalanan qala-saraydakı muzeyin rəhbərinin sözlərinə görə, hələ yay başlanmamış erməniləşdirilmiş Azərbaycan tarixi abidəsinə turist axını güclənib. Bu günlərdə Ermənistandan və Qarabağdan erməni məktəblilərin də Pənahəli xanın qalasındakı muzeyə mütəmadi ekskursiyaları təşkil edilir və onlar “öz tarixləri”ni əyani şəkildə öyrənirlər...

P.S. Biz nəinki Qarabağı, Pənahəli xanı, onun qalasını, sarayını, hətta öz doğma sözlərimizi də unutmaqdayıq. Artıq on illərdir ki, şadlıq saraylarının üzərinə “saray” yox, “palace” yazırıq... Əsas odur ki, “Buta-palac”da, nə bilim, “Quda-palas”da kef edək, yeyib-içib başımızı itirək, iynələnək, qumarda uduzaq... Necə deyərlər, “palac”a bürün, Amerikanın, Avropanın dalınca sürün...




440 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP