Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2019

Parkinson xəstəliyinin ilk əlaməti açıqlandı

Serotoninin tükənməsi Parkinson xəstəliyinin törətdiyi labüd neyrodegenerativ proseslərin ilkin əlaməti ola bilər.

Bunu London Kral Kollecinin tədqiqatçıları müəyyənləşdiriblər.

“Science Alert” nəşrinin yazdığına görə, serotonin sistemində dəyişikliklər Parkinson xəstəliyinin ilkin mərhələsində təsadüf olunan motor və digər əlamətlərdən 15-20 il əvvəl başlayır və zaman keçdikcə yalnız şiddətlənir.

Elmi tədqiqatda genində nadir SNCA mutasiyası olan 14 adam iştirak edib. Özü də onların yeddisində bu xəstəlik artıq diaqnozlaşdırılıb, digər yeddisində xəstəlik üçün səciyyəvi olan əlamətlər hələlik özünü büruzə verməyib. Tədqiqat iştirakçılarının beyni müayinə olunub, nəticələri Parkinson xəstəliyindən əziyyət çəkən 65 insanın və 25 sağlam könüllünün məlumatları ilə müqayisə edilib.

Elmi işin müəllifləri insanın əhvalına, yuxusuna və motor funksiyasına təsir göstərən serotonin sistemində dəyişiklikləri üzə çıxarıblar və bu qənaətə gəliblər ki, onların kəşfi xəstəliyin diaqnostikasının və müalicəsinin yeni üsullarının tapılmasına gətirib çıxaracaq.

Bütün dünyada altı milyondan çox insan Parkinson xəstəliyindən əziyyət çəkir. Bu, yayılmasına görə Altsheymer xəstəliyindən sonra ikinci neyrodegenerativ xəstəlikdir. Xəstəlik yavaş-yavaş inkişaf edir. Müasir tibb hələlik onu müalicə edə bilmir


242 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP