Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2019

Fransada müsəlmanlar irqi və dini ayrı-seçkiliyə məruz qalırlar

Fransanın İctimai Rəy İnstitutu (İFOP) ölkə əhalisi arasında sorğu keçirib.

Sorğunun nəticələrinə görə, Fransada hər 10 müsəlmandan 4-ü irqi və dini ayrı-seçkiliyə məruz qalıb.

Qeyd edilib ki, Fransadakı müsəlmanların 42 faizi həyatlarında azı bir dəfə mənsub olduğu dinə görə ayrı-seçkiliyin qurbanı olub. Onların 28 faizi polis nəzarəti zamanı, 24 faizi iş, 22 faizi isə mənzil axtarışı zamanı ayrı-seçkiliklə üzləşib.

Sorğuya əsasən, Fransada yaşayan hər 4 müsəlmandan biri verbal zorakılığa, yaxud təhqirə məruz qalıb. Müsəlman olmayan əhali arasında bu rəqəm 9 faizə bərabər olub. Fiziki zorakıq halları müsəlman olmayan əhaliyə qarşı 3 faiz, müsəlmanlara qarşı isə 7 faiz olub.

Bildirilib ki, Fransada yaşayan müsəlman qadınlar kişilərə nisbətən daha artıq ayrı-seçkilik halları ilə qarşılaşıblar. Belə ki, qadınların 45, kişilərin 35 faizi ayrı-seçkilik qurbanı olub. Başını örtən müsəlman qadınların isə 60 faizi həyatlarında bir dəfə də olsa ayrı-seçkiliyə məruz qaldıqlarını, 37 faizi təhqir olunduqlarını bildiriblər.


75 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP