Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2020

Düşmən Laçın-Kəlbəcər yolunda təmir-bərpa işlərinə başladı...-FOTOLAR

Ermənilər Azərbaycan Respublikasının işğal altındakı hüquqi-tarixi ərazisi olan Laçın və Kəlbəcər rayon mərkəzlərini birləşdirən yolda təmir-bərpa işlərinə başlayıb.

Moderator xəbər verir ki, separatçı nəşrlərin yaydığı məlumata görə, əsasən 15 kənd icmasını birləşdirən yolun təmirinə aprelin əvvəlindən başlanıb. 


Artıq  yolun 10 km-ə yaxın hissəsi təmir edilib. Hazırda Laçın rayonunun “Karaqe” adlandırılmış Qarıkaha və “Bazmatus” adlandırılmış Bülüldüz kəndlərini birləşdirən yolda işlər tamamlanmaq üzrədir. “Draxtadzor” adlandırılmış Qoşasu(bəzi mənbələrə görə Ağcakənd) kəndinə gedən 20 km-lik yol da bərpa ediləcək.

Təmir-bərpa işlərinə rəhbərlik edən “Kaşataq- su kəməri” şirkətinin mühəndisi Karen Danielyanın sözlərinə görə, 2020-ci ilin sonunadək Laçından Kəlbəcərə gedən yol tam bərpa edilməlidir. 

“Bu, gözəl təbiəti, qədim abidələri olan rayonda turizmin inkişafına da təkan verəcək”- deyə erməni mühəndis bildirib.


181 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.06.20, 08:34
İyunda hava necə olacaq?
25.05.20, 09:07
Rusiya və Çin...
Go to TOP