Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2017

Eldar Sabiroğlunun vəziyyəti ağırlaşdı- Ankaraya aparıldı

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun səhhəti pisləşib. Bu barədə vəkil Bəhruz Bayramov məlumat verib.

Vəkil musavat-a açıqlamasında deyib ki, Sabiroğlunun səhhəti ağırlaşdığından o, Türkiyənin Ankara şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

Bildirək ki, E.Sabiroğlu ürək xəstəliyindən əziyyət çəkir. O, bir neçə dəfə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, E.Sabiroğlunun oğlu Rüfət Səfərov hazırda həbsdədir. R.Səfərov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Rüfət Səfərov şərlənərək rüşvət almaqda təqsirli bilinərək həbs edilib.


468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP