Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2017

Bərdədə qardaş bacısını amansızlıqla öldürdü – Təfərrüat

Bərdə rayonunda qətl hadisəsi baş verib.

Şəhərin Füzuli küçəsində yaşayan 21 yaşlı Hafiz Vaqif oğlu İbrahimli 20 yaşlı bacısı Leyla İbrahimlini baltalayaraq öldürüb.

Qətlin qısqanclıq zəminində baş verdiyi məlum olub.

V.İbrahimli bildirib ki, bacısının haqqında xoşagəlməz söz-söhbətlər eşidib. O, daha əvvəl Leylanı bir neçə dəfə xəbərdar da etdiyini əlavə edib.

Dünən bacı-qardaş arasında növbəti dəfə münaqişə yaranıb və əsəblərinə hakim ola bilməyən Hafiz Leylanı baltalayaraq öldürüb. H.İbrahimli daha sonra polisə təslim olub.

Bildirilir ki, hadisə vaxtı ailə üzvləri də evdə olub və onlar qardaşın bacısını amansızlıqla öldürməsinə mane ola bilməyiblər./lent/


4112 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP