Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2017

Lənkəranda evə basqın olub

Lənkəran rayonunda evlərdən birinə basqın nəticəsində yerli sakin xəsarət alıb. Hadisə rayonun Xolmili kəndində baş verib.

Belə ki, 67 yaşlı kənd sakini Səfərov Vahab Xalıq oğlu ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub. Onun vəziyyəti ağır qiymətləndirilir.

Xəsarət alan Vahab Səfərov uzun illərdir kənd ambulatoriyasının müdiri vəzifəsində işləyir. Qohumlarının bildirdiyinə gõrə, hadisəni evə qarət məqsədi ilə girmiş şəxs və ya şəxslər törədib. Ev sahibinin onların gəlişindən xəbər tutduğunu görən canilər, onun başına küt alətlə zərbə endiriblər./report/


480 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP