Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2017

Ağrıların qeyri-adi səbəbi

Bəzən insanlar bədənin müxtəlif hissələrində (qarın, əzələlər, ürək, qaraciyər nahiyəsi, bel və s.) əmələ gələn ağrılardan şikayətlənir.
Ağrılar sanki bədəndə "gəzir"- gah azalır, gah güclənir, gah da yox olur. Xəstə ağrıların konkret yerini göstərə bilmir, ağrıkəsici dərmanlar ona kömək etmir.
Belə xəstələr aylarla müxtəlif mütəxəssislərin müayinələrdən keçir. Lakin ağrıların səbəbi və hətta konkret lokasizasiyası (yeri) təyin olunmur.
Bəzən belə xəstələr müxtəlif müalicələr də alır. Ancaq bu onların vəziyyətinə müsbət təsir etmir, ağrılar yenidən əmələ gəlir.
Meddaily.ru xəbər verir ki, rus həkim-nevroloq İzeta Eloyevanın sözlərinə görə, belə "gəzən", konkret olmayan və heç bir digər simptomlarla müşayiət olunmayan ağrıların səbəbi somatik xəstəlik deyil, nevroloji xəstəlikdir. Belə müəmmalı ağrılar depressiyanın, isteriyanın və bir çox digər nevroloji pozulmaların simptomudur./Saglamolun/


618 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP