Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2017

Rusiya MN: "Pentaqondan açıqlama gözləyirik"

Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Pentaqondan Suriyanın Hələb vilayətinin İdlib şəhərinin Əl-Cinah kəndində həyata keçirilən və xeyli sayda insanın ölümünə səbəb olan hava hücumu ilə bağlı açıqlama gözlədiklərini deyib.
Sputnik xəbər verir ki, məsələ ilə bağlı jurnalistlərə açıqlama verən Konaşenkov belə danışıb: "Amerikalı həmkarlarımızdan yaxın vaxtda bununla bağlı bəyanat verməsini gözləməyin lazım gəldiyini düşünürəm. Günahsız insanların öldüyü faciəli hadisələr hər müharibədə baş verə bilər. Ancaq dünən gecə Suriyanın Əl-Cinah kəndində baş verənlər bir daha aparıcı Qərb mediasının Rusiya əleyhinə yayımlar etmədən əvvəl, öz işini peşəkar şəkildə yerinə yetirməsi, həqiqətləri əhatəli şəkildə araşdırmalı olduğunu göstərdi".
Konaşenkov, partlayış ərazisində AGM-Hellfire raketinin hissəsinin aşkar edildiyini vurğulayıb: "Hellfire raketinin hissədinin partlayış yerində tapılması beynəlxalq koalisiyaya bir izahat vermədən yayınmaq şansını buraxmadı".
Qeyd edək ki, hücum nəticəsində Əl-Cinah məscidində 70-dən artıq insanın öldüyü bildirilib./deyerler/


425 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP