Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2017

Masallı dindarlardan olan Namiq Kişiyev Azadlıqda - Foto

2012-ci ildə Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə həbs edilən Kişiyev Namiq Əlisa oğlu bu gün həbs müddəti başa çatdıqına görə azadlıqa buraxılıb.

Kişiyev Namiq Əlisa oğlu və digər yeddi nəfər 2012-ci ilin sentyabr ayının 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə həbs ediliblər.

2013-cü il aprel ayının 5-də Lənkəran Ağır Cinayətlər Məhkəməsindin çıxardığı hökm ilə Kişiyev Namiq Əlisa oğlu 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki,2013-cü il aprel ayının 5-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallı rayon dindarları Araz Quliyev, Xalid Kazımov, Ziya Tahirov, Rza Ağalı, Surac Ağayev, Nicat Əliyev, Namiq Kişiyev və Vüsal Quliyevə hökm oxunub./Cenubnew /

 Araz Quliyev 8il.

Xalid Kazımov 8 il.

Ziya Tahirov 7 il.

Rza Ağalı 7 il.

Surac Ağayev 5 il.

Namiq Kişiyev 4 il 6 ay.

Nicat Əliyev 4 il 6.


608 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP