Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2017

Abgül Süleymanov 11 saylı CÇM-də ailəsi ilə görüşüb

Abgulsuleymanov.com saytı xəbər verir ki, Abgül Süleymanov 11 saylı CÇM-də ailəsi ilə görüşüb. Abgül Süleymanovun həyat yoldaşı Zəhra Süleymanova isə ruhaniyə qarşı təzyiqlərdən narahat olub:

"Şeyx Sərdarın həbsinə bildirdiyi münasibətə görə onu açıq şəraitdən götürüb bağlı otağa yerləşdiriblər. Artıq mart ayının altısından orada oturub.Saxlanıldığı otaq bir nəfərlik otaqdır. 2metr uzunluğu və 2 metr enindədir. Bir yataq çarpayısı və bir nəfərlik də namaz qılmaq üçün yer qalır. Havasızlıqdan təzyiqi yüksəlib, baş ağrısından əziyyət çəkir. Biz onu gördük. Belə olmaz. Bu bayram günlərində heç olmasa humanistlik göstərin. Bu qədər insanı sıxmaq olmaz. Bu nəyə, kimə lazımdır? Kim bundan xoşhal olur? Heç kəs. Ancaq düşmən sevinir."

Zəhra Süleymanova sözlərinin davında "Möminlərin həbsi xalq tərəfindən pislənir. Bu gün düşmənə qarşı birlik günüdür. Dövlətlə din arasında birlik yaratmaq lazımdır. Bu nə siyasətdir? Kim bu siyasəti yürüdür? Dindarların həbsi nə dövlətimizə, nə millətimizə, nə də müstəqilliyimizə lazım deyil. Bu din və dövlət əlaqələrinin qırılmasından başqa bir şey deyil. Bu əziz gün onun ailəsi olaraq hacının yerinin dəyişdirilməsini istəyirik.", -deyə qeyd edib.


483 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP