Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2017

Xərçənglə bağlı növbəti kəşf: yeni dərman tapıldı

Antarktidada yerləşən "Akademik Verdanskiy" stansiyasında işləyən Ukrayna alimləri xərçəng əlehinə dərmanın yaradılmasına nail olublar.

Trend-in verdiyi məlumata əsasən, bu haqda Ukraynanın Milli Antarktida Mərkəzinin direktoru Valeriy Litvinov deyib.

Onun sözlərinə görə, dərman ekstremal şəraitdə yaşayan və ekstremal imkanlara malik olan Antarktik mikroorqanizmlər əsasında yaradılmışdır.

Qeyd olunur ki, "Melovit" adlandırılan dərmanın lisenziyasını biologiya institutu artıq alıb. Lakin, dərman klinik sınaqlardan sonra geniş kütlənin istifadəsinə veriləcək.


645 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP