Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2017

İsrail səfiri Rusiya XİN-inə çağırıldı

İsrailin Rusiyadakı səfiri Qari Koren Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

O, İsrailin Suriyada həyata keçirdiyi hava hücumuna aydınlıq gətirməsi üçün XİN-ə çağrılıb.

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov ilə Koren arasında keçirilən görüşdə Suriyadakı son hadisələr də müzakirə edilib.

Məlumata görə, İsrail diplomatı xüsusən Palmira yaxınlığındakı hava hücumları zamanı rus ordusu tərəfindən istifadə edilən T-4 hava bazasının hədəfə alınmasına görə nazirliyə çağırılıb.


398 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP