Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2017

Şimali Koreya yenə dinc durmadı: Növbəti sınaq

Şimali Koreya balistik raketlər üçün nəzərdə tutulan yeni mühərrikin uğurlu sınağını keçirib.

Bu barədə Koreya Dövlət Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Sınaq Şimali Koreyanın şimal-qərbindəki Soxe kosmodromundakı start meydanında aparılıb. Sınağı ölkə lideri Kim Çen İn şəxsən izləyib.

Hakim Koreya Əmək Partiyasının mətbu orqanı olan “Nodon Sinmun” qəzeti bu barədə məlumatı və fotonu özünün birinci səhifəsində yerləşdirib.

Qeyd edək ki, ötən ilin aprelində Şimali Koreya həmin start meydanında qitələrarası ballistik raketlər, sentyabrda isə uzaq məsafəli raketlər üçün mühərriklərin sınağını keçirmişdi./axar/


535 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP