Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2017

Suriya hökuməti BMT-nin elçisini qəbul etmədi

Rəsmi Dəməşq BMT-nin Suriya üzrə xüsusi elçisi Steffan de Misturanı qəbul etməkdən imtina edib.

De Mistura Cenevrədə keçiriləcək danışıqlar öncəsi Suriyaya səfər etmək üçün rəsmi Dəməşqə müraciət edib. Lakin Suriya rəhbərliyi BMT nümayəndəsinin məsləhətləşmə aparmaq təklifini rədd edib.

Diplomatik mənbələrdən verilən məlumat görə, de Mistura Dəməşqdə arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Suriya üzrə danışıqların növbəti raunduna martın 23-də start verilməlidir. Suriya hökuməti və müxalifət nümayəndələrinin iştirakı ilə danışıqların dördüncü raundu martın 3-də başa çatıb.


494 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP