Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2017

Bayram axşamında edə biləcəyimiz dualar

Hər şey bayram üçün hazırdır. Evlər par-par parıldayır. Üzlər gülür. Bəli, bayramın girməsi yaxındır. Bəli, bahar fəslindən başlayan yeni il hər birimizə yeni nəfəs verər, bizləri hərəkətə gətirər. Əməllərimizə bir daha nəzər salmaq üçün bizlərə fürsət verər. Yeni həyata başlamaq üçün fürsət... (Tebyan)

Gəlin, bu gözəl anlarda Allahımızla rabitə quraq və dualarımızı edək. Elə dua edək ki, bu bir ildə bizim üçün birillik azuqə və nemət olsun. Bəs hansı duaları edə bilərik?

İlk əvvəl İmam Zaman ağa (ə.f) üçün dua edək. Hər bir Əhli-beyt (ə) davamçısı gərək qeyb zamanında Həzrətin (ə.f) zühurunun yaxınlaşması üçün dua etsin. Çünki İmam (ə.f) özü də bizlərə bunu tövsiyə etmişdi. Əgər çoxlu dua etsək, fərəcin yaxınlaşması mümkün olar.

Ailə üzvlərimizin, valideynlərimizin və özümüzün uzun ömürlü və sağlam olmağımız üçün dua edək. Sağlamlıq elə bir nemətdir ki, əldən getmədən heç kəs onun qədrini bilməz. O zamana qədər ki, valideynlərimiz yanımızdadır, onları da bu cür unudur və qədirlərini bilmirik. Halbuki, əgər nemət olan zaman dua etsək, onun davamlı olmasına səbəb ola bilərik. Allahdan istəyək ki, ailə üzvlərimizi sağlam və salamat etsin. Bir yerdə xoşbəxt yaşamağı nəsib etsin. Allahın rizası olan uzun ömür əta etsin.

İmam Sadiq (ə) görür ki, bir kişi özü və yaxınları üçün uzun ömür arzu edir. Həzrət (ə) ona belə buyurur: Bu duanı hər namazdan sonra oxu.

اَلْلهُمَّ صَلِّ عَلی مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ اَلْلهُمَّ اِنَّ رَسُولَکَ الصّادِقُ الْمُصَدَّقَ صَلَواتُکَ عَلَیْهِ وَ الِهِ قالَ اِنَّکَ قُلْتَ ما تَرَدَّدْتُ فی شَیْءٍ اَنَا فاعِلُهُ کَتَرَدُّدی فی قَبْضِ روحٍ عَبْدِیَ الْمُوْمِنِ یَکْرَهُ الْمَوْتَ وَ اَکْرَهُ مَسآئَتَهُ اَلْلهُمَّ فَصَلِّ عَلی مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ وَ عَجِّلْ لِوَلِیِّکَ الْفَرَجَ وَ الْعافِیَةَ وَ النَّصْرَ وَ لاتَسُوْنی فی نَفْسی وَ لا فی اَحَدٍ مِنْ اَحِبَّتی»

Həmin kişi nəql edir ki, bu duanı davamlı deməyim sayəsində ömrüm o qədər uzun oldu ki, yaşamaqdan yoruldum”.

Allahdan istəyək ki, bütün maddi çətinliyi olan möminlərə bol-bol halal ruzi inayət etsin. Xəstələrə şəfa versin.

Sonda isə aqibətimizin xeyirli olması üçün dua edək. Aqibətin xeyirli olması üçün edilən dua - ən yaxşı duadır. Allahdan elə bir həyat istəyək ki, nəticəsi xeyirli aqibət olsun.
Dualarınızda bizləri də unutmayın./deyerler/


743 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP