Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2017

Ayətullah Xamenei yeni ili “müqavimət iqtisadiyyatı, istehsal, və məşğulluq ili” adlandırdı

Novruz bayramı ilə əlaqədar Ayətullah Xameneinin xalqa müraciəti – “müqavimət iqtisadiyyatı, istehsal və məşğulluq ili”

Ali Rəhbər Ayətullah Xamenei yeni ilin (hicri-şəmsi tarixi ilə 1396-cı il) başlaması ilə əlaqədar xalqa ünvanladığı müraciətdə xanım Fatimeyi-Zəhranın (s.ə.) mövludu, habelə “Novruz” bayramı münasibəti ilə xalqı, məxsusən, şəhid ailələrini və müharibə əlillərini təbrik etmiş, bu ilin İran xalqı və dünya müsəlmanları üçün bərəkətli, əmin-aman və xeyirli il olacağını arzulamış və yeni ili “müqavimət iqtisadiyyatı, istehsal və məşğulluq” ili adlandırmışdır.

Ali Rəhbər ötən ilin acı və şirin hadisələrlə yanaşı olduğunu vurğulayaraq demişdir: “Ötən il acı və şirin, qəmli və fərəhli hadisələr, enişli və yoxuşlu inkişaflarla yaddaşlarda qaldı; ölkəni bütünlüklə əhatə edən milli izzət, milli əmniyyət, gənclik himməti və iman dolu işlərimizə görə sevinirik. Eyni zamanda acı hadisələrlə də üzləşdik ki, daha çox iqtisadi və ictimai problemlərdən ibarət idi.”

Mənim fikrimcə, ölkəmiz üçün ən önəmli məsələ iqtisadiyyatdır. Yəni, insan mövcud prioritetli problemlərə baxdıqda, ən əhəmiyyətlisinin iqtisadi problemlər olduğunu görür. Allahın iznilə, əgər millət və dövlətimiz, müxtəlif səlahiyyətlilər və məsul vəzifəli şəxslər iqtisadi sahələrdə doğru və lazımi addımlar ata bilsələr, bu, ictimai, əxlaqi və mədəni problemlərin də həllinə öz təsirini göstərəcəkdir...

İqtisadiyyat sahəsində ən fundamental və əhəmiyyətli məsələ yerli istehsaldır; yeni iş imkanlarının yaradılması, işsizliyin və iqtisadi durğunluğun aradan qaldırılması, iqtisadi hərəkət və canlılığın təmini kimi xalqla bağlı məsələlər. Xalq bunları hiss edir və həllini də tələb etməkdədir.

Biz əgər iqtisadi durğunluq məsələsini, yerli istehsal problemini həll etmək, işsizliyi aradan qaldırmaq və bahaçılığı kontrol etmək istəsək, bütün bunların dərmanı müqavimət iqtisadiyyatındadır. Müqavimət iqtisadiyyatı bütün bunları əhatə etməkdədir. Müqavimət iqtisadiyyatında işsizliklə mübarizə, bahaçılığa nəzarət, gəncləri işlə təmin etmək, düşmənin təhdidləri qarşısında möhkəm dayanmaq. mümkünləşəcək. Bu istiqamətdə ölkə üçün bir çox fürsətlər meydana gələcək. Bütün bunları nəzərə alaraq, mən bu il üçün “Müqavimət iqtisadiyyatı, istehsal və məşğulluq” şüarını seçirəm.


590 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP