Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2017

“Cümə” icmasından möhtəşəm mövlud törəni

Bu günlər dünyada iki dünya qadınlarının Xanımı, Həzrət Rəsulallahın (s) gözünün nuru Həzrət Zəhranın (s.ə) mübarək mövludu günləri kimi qeyd olunur.  Müsəlman dünyası mövludla bağlı əzəmətli bayram tədbirləri təşkil edir.

Ölkəmizdə də Həzrət Zəhranın (s.ə) mövludu - Xanımlar bayramı ilə bağlı müxtəlif tədbirlər keçirilməkdədir. İçərişəhər "Cümə" məscidi dini icması  Həzrət Zəhranın (s.ə) mövludu münasibətilə martın 19-da möhtəşəm bayram tədbiri keçirib.

Ənənəvi olaraq bayram tədbiri Qurani-Kərimin tilavəti ilə başlanmışdır.

Müqəddəs ayələrin tilavəti başa çatdıqdan sonra Dövlət Himnimiz mərasim iştirakçıları tərəfindən cəmlə ifa edilmişdir.

Daha sonra “Əhli-Beyt (ə) aşiqləri” dini-yaradıcılıq qrupunun ifasında biri-birindən gözəl ilahilər səsləndirilmişdir.

"Dünyaya gəlib bu gün Xanımların Sərvəri (s.ə)", "Dərdlərə dərmansan, Fatimə (s.ə)”  və digər bir-birindən gözəl ilahilərdən sonra  İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu mərasim iştirakçıları qarşısında çıxış edib. Bütün Zəhrasevərləri təbrik edən Hacı İlqar, bu Mövludun əhəmiyyətinə toxunub.

Hacı İlqar dünyada Xanım Zəhra (s.ə) şəxisiyyətinin tanıtdırılmasına indi hər zamandan daha çox ehtiyac olduğunu qeyd edərək, Xanım Zəhra (s.ə) şəxsiyyətinin yalnız xanımlar üçün deyil, bütün bəşəriyyət üçün nümunə olduğunu deyib.

Hacı İlqar eyni zamanda xalqımızı, tədbir iştirakçılarına Novruz bayramı münasibətilə təbrik edərək bu bayramın xüsusi cəhətlərinə, Qiyamət gününə hazırlaşmağı xatırlatmasına vurğu edib.

Sonda Hacı İlqar bir sıra dualar etmiş, o cümlədən torpaqlarımızın azadlığı, İslam dünyasında sülhün bərqarar olması, Zəmanə Sahibinin (ə.f)  zühurunun təcilini Allahdan diləmişdir.

Çıxış edən dəyərli Əhli-Beyt (ə) şairi Hacı Qubad, Həzrət Zəhranın (s.ə), eləcə də Əhli-Beytin (ə) şəninə yazılmış şer və qəzəllərini səsləndirərək, tədbirə xüsusi rəng qatmışdır.

Tədbirin davamında dəyərli "Muminun"  İlahi nəğmələr qrupu "Xanım Zəhra (s.ə)" və "İmam Museyi Kazım (ə)" ilahilərini tədbir iştirakçılarına ərməğan edib.

Növbəti çıxış edən dəyərli Əhli-Beyt (ə) şairi Hacı Səyyar, Həzrət Zəhranın (s.ə), eləcə də Əhli-Beytin (ə) şəninə yazılmış şer və qəzəllərini səsləndirərək, tədbirə gözəllik qatmışdır.

Eyni zamanda kiçik Quransevərlər də tədbir iştirakçılarına öz bayram töhfələrini mübarək Quran ayələrini tilavət etməklə təqdim etmişdir.

Tədbirin digər qonağı, Əhli-Beyt (ə) məddahı Hacı Rahim Dərviş də  Həzrət Zəhraya (s.ə) həsr edilmiş gözəl ilahilər ifa edərək, tədbiri rövnəqləndirmişdir.

Daha sonra bayram tədbirində "Dəyərlər Oxucular Klubu"nun hazırladığı "8 məşhur hicablı xanım" haqqında prezentasiya təqdim edilmişdir. Daha sonra Dəyərlər AİN-in "Xanımlar üçün" və "Uşaqlar üçün" Əlavəsinin video-prezentasiyası edilib./deyerler/

Tədbir cəmlə "Fərəc" duasının oxunuşu ilə yekunlaşıb.

985 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP