Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2017

Baharın gəlişinin Qiyamətə 4 oxşarlığı

Bahar fəsli təbiətin oyanması, canlanmasıdır ki, bütün canlılara yeni təravət bəxş edər. Bu fəslin Qiyamət gününə bənzər bir çox xüsusiyyətləri vardır ki, onlarla tanış olaq:

1. Necə ki, təbiət uzun zaman yatandan sonra ayılmağa və cuşa gəlməyə başlayır, insanlar da bir dövr həyat sürdükdən sonar cavanlıqlarını yaşayar və sonra üzü payıza doğru hərəkət edərlər. Yaşlanar və dünyanı tərk edərlər.

Necə ki, Allah bahar fəslində ölmüş torpağı yenidən dirildir, Qiyamət günü də ölən bütün canlıları bir-birinin ardınca dirildəcəkdir. (Tebyan)

2. Bahar – bitkilərin ölmüş torpaqdan baş qaldırmasıdır. Torpaq kənara çəkilər və aylar əvvəl torpaqda gizlənmiş toxumlar başqa bir şəkildə üzə çıxmağa başlayarlar. Bu cür səhnə Qiyamətdə də təkrar olacaqdır. Ölülər ki, uzun zaman torpaqda dəfn olunmuşdular, Qiyamət günü diriləcəklər.

3. Bahar – keçmiş zəhmətləri nümayiş etdirən fəsildir. Gözəl tumurcuqlar ki, cücərir – hər bir əkinçinin nə qədər zəhmət çəkdiyini üzə çıxardar. Bitkilərin sayı torpağa nə qədər toxum əkilməsindən və nə qədər məhsul yığılacağından xəbər verər. Qiyamət günü də insanların əməlləri nümayiş olunacaqdır. Yəni, dünyada nə qədər zəhmət çəkdiyini qiyamət günü hiss edəcəkdir.

4. Hər bir qönçənin bir rəngi vardır. Torpaqdan baş qaldıran hər bir qönçə hansı bitkiyə aid olduğunu nümayiş etdirər. Ot-ələfdir, yoxsa zəfəran. Badımcandır, yoxsa badam. Bitkilər öz istedadlarını baharda göstərdiyi kimi, Qiyamət günü də insan əməlinin dəyərini nümayiş etdirər. O qədər böyük əməllər olacaqdır ki, içi acı badam kimi puç olacaqdır. O qədər kiçik əməllər olacaqdır ki, salamat meyvə kimi dəyərli olacaqdır./deyerler/

 

 

Baharın gəlişinin Qiyamətə 4 oxşarlığı

Baharın gəlişinin Qiyamətə 4 oxşarlığı


Baharın gəlişinin Qiyamətə 4 oxşarlığı



Baharın gəlişinin Qiyamətə 4 oxşarlığı



2710 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP