Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2017

Bərdədə qızının ölümündə özünü günahkar bilən ata intihar edib

Bərdə rayonunda qızının ölümündə özünü günahkar bilən ata intihar edib.

“Report”un xəbərinə görə, hadisə rayonun Mehtili kəndində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Həsən İbrahimov özünü yaşadığı evin həyətində asaraq öldürüb.

Qeyd edək ki, martın 18-i H.İbrahimovun qızı 1994-cü il təvəllüdlü Bahar Həsən qızı İbrahimova yaşadığı evin yataq otağında özünü asaraq intihar edib. H.İbrahimov qızının ölümündə özünü günahkar bilib, hadisənin də bu səbəbdən baş verdiyi ehtimal edilir.


447 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP