Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2017

Rusiyada terror aktının qarşısı alındı

Rusiyanın Tomsk şəhərində yaşayış evinin yaxınlığında avtomobil dayanacağında partlayıcı qurğu aşkar edilib.

Bu barədə informasiyanı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TASS agentliyi yayıb.

Verilən məlumatda bildirilir ki, partlayıcı qurğu 17 mərtəbəli binanın yaxınlığında tapılıb.

"Saat 10:00-da növbətçi hissəyə yaşayış evinin yaxılığında avtomobil dayanacağında şübhəli əşya aşkarlanması barədə məlumat daxil olub. Hadisə yerinə gələn ekspertlər müəyyənləşdiriblər ki, o, təhlükə kəsb edir", - mənbə deyib.

Hüquq-mühafizə orqanları binanın sakinlərini təxliyə ediblər. Partlayıcı qurğu zərərsizləşdirilib./axar/


524 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP