Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2017

"Əhli-Beyt (ə) mədəniyyəti topluma yayılmalıdır"

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei: "Əhli-Beyt (ə) mədəniyyəti topluma yayılmalıdır"

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei istedadlı şairlərlə mərsiyəxanların günümüzün tələblərinə uyğun şəkildə Əhli Beytin (ə) təlimlərini cəmiyyətin aparıcı mədəniyyətinə çevirməli olduqlarını açıqlayıb.

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludunda Əhli Beyt (ə) şairləri, zakirlərini qəbul edib vә belә buyurdu: "Həzrət Zəhranın (s.ə) vilayət yolunda etdiyi səylər heç bir fədakarlıqla müqayisə oluna bilməz. Məhz bu səbəblərə görə, İmam Xomeyni Həzrət Zəhranın (s.ə) kişi olacağı təqdirdə peyğəmbərlik məqamına çatacağını bildirmişdi".

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei irəli sürülən bəzi gender bərabərliyi və ya cinsiyyət ədalətsizliyi kimi anlayışlara diqqət çəkərək, belə danışıb: "Qərbdə bu cür iddialarda olan bəzi düşüncə sahibləri gördükləri zərərli nəticələrə görə artıq peşman olublar".

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei Qərbin İslamın qadına baxışına qarşı irəli sürdüyü boş iddialarına söykənənləri də tənqid edib: "Bu aldadılan kəsimlər qadının evdəki vəzifələrini alçaltmağa çalışır, halbuki bu müqəddəs vəzifə dünyanın ən qiymətli varlığı, yəni insanın birbaşa maarifləndirilməsi ilə bağlıdır".

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei mərsiyəxanların səylərinin bir xüsusi incəsənət nümunəsi kimi xarakterizә edib, gözəl və cazibəli səsin qorunması lazım olduğunu vurğulayıb: "Mərsiyəxanlar müasir dünya ilə birgə müasir inkişaflarla paralel bir şəkildə çalışmalıdırlar. Bu sahədə baş verən müsbət addımlara əsaslanaraq, ortadakı problemlər aradan qaldırılmalıdır"./deyerler/


1217 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP