Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Mart 2017

İraqda nadir arxeoloji tapıntı – 9 məzar

İraqın Ərbil şəhərində inşaat qazıntısı zamanı Assuriya dövrünə aid olduğu təxmin edilən 9 məzar tapılıb.

Ərbil Arxeologiya Komitəsində işləyən Goran Məhəmməd açıqlamasında öz ərazisində inşaat işləri həyata keçirən şəxsin tarixi əsərləri tapdığını bildirib. O, bir qübbə içərisində 9 məzarın tapıldığını qeyd edib:

"Bu vaxta qədər məzarlardakı 3 tabutu açdıq və böyük qismi saxsı qablardan ibarət 15 parçanı çıxardıq. Komandamız tapılan parçalar və məzar üzərində araşdırmalar apardı. Təxmin edirik ki, məzarlar Assuriya dövrünə aid olub, 3000- 3500 illik bir tarixə sahibdir".

Məhəmməd sözügedən ərazidə qazıntı işlərinin davam etdiyini, başqa məzarların da tapılma ehtimalının olduğunu bildirib./axar/


547 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP