Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Mart 2017

Şvartseneqqer Trampı ələ saldı: "Bu şəkildə Amerikanı yenidən böyük edə bilməzsiniz"

Aktyor və Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartseneqqer əhali arasında dəstəyinin aşağı olmasına görə ABŞ prezidenti Donald Trampı ələ salıb.

"Report" xəbər verir ki, aktyor bununla bağlı videoyazını çərşənbə axşamı "Twitter" mikrobloquna yerləşdirib. "Donald, reytinqi açıqladılar və siz uğursuzluğa düçar oldunuz. Pis deyil!" – deyə aktyor bildirib. O, ABŞ-ın Tramp administrasiyası tərəfindən hazırlanan və bir sıra sosial proqramlar, o cümlədən məktəblilərin və aztəminatlı ailələrin pulsuz qidalanması üzrə xərclərin azaldılmasını nəzərdə tutan büdcə layihəsinə diqqət yönəldib. "Bu şəkildə Amerikanı yenidən böyük edə bilməzsiz", - deyə Şvartseneqqer əlavə edib.

Aktyor Trampa ritorik sual ünvanlayıb: "Sizə məsləhətləri kim verir?" Keçmiş qubernator, həmçinin prezidentə Amerika paytaxtında ümumtəhsil məktəbinə birgə getməyi və sosial xərclərin azaldılmasının şagirdlərə nə dərəcədə mənfi təsir göstərəcəyinə əmin olmağı təklif edib.


468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP