Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2020

"Messini transfer etmək fikrim olmayıb" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın futbolçusu Lionel Messi haqda danışıb.

O, argentinalı hücumçunu "Barselona" rəhbərliyi ilə problem yaşadığı vaxt transfer etməyi düşünmədiyini deyib: "Messini transfer etməyə çalışmadım. Çünki bizim o mövqedə yetərli oyunçularımız var. Messi ilə bağlı söyləməli olduğum bir şey yoxdur. Leo özünü çox yaxşı ifadə etdi. O, mənim sevdiyim komanda olan "Barselona"nın oyunçusudur. Messinin gələcək üçün planlarının nə olduğunu bilmirəm. Mən "Barselona"da belə oyunçularla çalışdığım üçün şanslıyam".

Qeyd edək ki, Messi bu ay "Barselona"dan ayrılmaq istəsə də, klub rəhbərliyi onunla müqaviləni ləğv etməmişdi. 33 yaşlı oyunçunu "Mançester Siti"nin transfer etmək istədiyi iddia olunurdu.


458 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP