Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2020

Avrasiya məsələləri üzrə ekspert: İran BMT-də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən az saylı ölkələrdəndir

Avrasiya məsələləri üzrə ekspert Əhməd Kazimi deyib: “İran BMT-də Azərbaycan Respublikasının ərazi bütövlüyü lehinə səs verən az saylı ölkələr sırasındadır.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Əhməd Kazimi bazar ertəsi İranın 2-ci kanalının xüsusi xəbərlər proqramına verdiyi müsahibədə Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsinin tarixinə işarə edərək deyib: “Qarabağ bölgəsi coğrafi tərkib baxımından xüsusi mövqe tutur. 1991-ci ildən bu bölgədə qondarma dövlət yaranıb, prezident və parlament seçkiləri keçirilib. Bir sıra qərb ölkələri və Amerika bu qondarma respublikanın müstəqilliyini rəsmi olaraq tanıyıblar. Bu üzdən Qarabağda üç tərəflə: Ermənistan, Azərbaycan və qondarma Qarabağla qarşılaşırıq.”

Qarabağın 4400 kv.km olduğunu vurğulayan ekspert deyib: “Hal-hazırda münaqişə dairəsi təkcə bu sahədə deyil, təqribən 13000 kv.km-i əhatə edir. Yəni Qarabağdan əlavə Azərbaycanın daha 7 rayonu erməni qüvvələri və qondarma Qarabağ respublikası tərəfindən işğal edilib, Təhlükəsizlik Şurasının 1993-cü ildə Qarabağ barədəki 4 qətnaməsi həmin 7 rayona aiddir və işğalçı qüvvələrin bu rayonlardan çıxmasını tələb edir.”

Politoloq daha sonra deyib: “Azərbaycan Respublikası Qarabağ müzakirələrində dəfələrlə elan etmişdir ki, bu bölgəyə muxtariyyət verməyə hazırdır. Çünki SSRİ dövründə də Qarabağ muxtar vilayət statusu daşıyırdı.

Əgər Qarabağ Azərbaycan Respublikasının tərkibində muxtar vilayət olsa, bu surətdə Azərbaycanda federal, ya konfedrasiya quruluşu yaranmalıdır. Bunun üçün isə ölkənin konstitusiyasında dəyişiklik edilməlidir. Təhlilçilərin fikrincə, Azərbaycan xoş niyyətini göstərmək üçün əvvəl bu işə gedə bilər, lakin bu addım bir sıra daxili çəkişmələr üzündən müxalifətlərlə üzləşir.”

Ekspert hal-hazırda gedən döyüşlərə toxunaraq onu son 26 ildə ən şiddətli döyüşlər adlandıraraq deyib: “Azərbaycan daxilində bir sıra dəyişiklər yarandı və hökuməti Qarabağda güc nümayiş etdirmək nəticəsinə gətirdi. İqtisadi problemlər və hökumətdaxili ixtilaflar bu hadisələr sırasındadır.”

Kazimi müsahibəsinin digər hissəsində deyib: “Qarabağ ötən 30 ildə regional və transregional oyunçular tərəfindən daim bir alət kimi istifadə edilib və bu oyunçuların çoxu münaqişənin həllini axtarmayıb, əksinə pərdə arxasında bu münaqişəni idarə etmək ardınca olub. Belə bir keçmişə diqqət etməklə, görünən odur ki, sionist rejimi, Ərəbistan, Türkiyə və Amerikaya bağlı olan oyunçular bu münaqişənin yenidən alovlanmasında rol ifa edirlər.”

Ekspert həmçinin vurğulayıb ki, SSRİ-nin parçalanmasından sonra sionist rejimi müxtəlif fəaliyyətlər adı ilə Qafqaz bölgəsinə nüfuz etməyə təlaş göstərirdi. Azərbaycan Respublikası əhalisinin əksəriyyəti şiə olduğu və xüsusi coğrafi mövqedə yerləşdiyindən sionist rejimi bu ölkəyə nüfuz etməyə daha çox can atırdı. Bu məqsədlə hərbi, mədəni, təhsil, tarix və təhlükəsizlik sahələrində bir neçə strategiya izləyirdi.

Hal-hazırda sionist rejiminin neft ehtiyaclarının 40 faizini Azərbaycan Respublikası təmin edir, bu rejim Azərbaycana silah satır və Qarabağ münaqişəsində də rolu vardır. Sionist rejiminin siyasəti öz nüfuzunu artırmaq üçün münaqişələrdən faydalanmaqdır.

Avrasiya məsələləri üzrə ekspert İranın Qarabağ münaqişəsi ilə bağlı mövqeinə toxunaraq deyib: “İran BMT-də səsvermələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü lehinə səs verən, onu dəstəkləyən az saylı ölkələr sırasındadır.

Hal-hazırda İran Qarabağ münaqişəsinin cədvəl əsasında həlli planını hazırladığını elan etmişdir. Bu İranın strateji siyasətidir və Azərbaycanla Ermənistan arasında birbaşa müzakirələrin davam etməsini Qarabağ münaqişəsinin həll yolu kimi ortaya qoymuşdur.”


559 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP