Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2020

Sudan öz hərbçilərini Yəməndən çıxarır

Sudanın xarici işlər naziri ölkəsinin öz hərbçilərini Yəmən müharibəsindən çıxarmağa təlaş etdiyini xəbər verib.
“Franc-24” telekanalına müsahibə verən Ömər Qəmərəddin deyib: “Sudan ordusu Yəmən müharibəsinə (sabiq prezident) Ömər əl-Bəşirin dövründə daxil olub. O, Sudanı belə bir müharibəyə daxil etdi.”
Ö. Qəmərəddin vurğulayıb: “Xartum keçid dövləti Yəmən əleyhinə müharibədən çıxmağa təlaş edir. Buna görə, Sudan artıq hərbçilərinin çoxunu müharibədən çıxarıb və çox az sayda sudanlı hərbçi Yəməndə qalıb.”
Qeyd edək ki, Sudan Yəmən əleyhinə müharibə koalisiyasına 15 min hərbçi ilə qoşulmuşdu. Lakin daxili etirazlar, ərəbistanlı və BƏƏ-li komandirlərin sudanlı hərbçilərlə pis davranışlarından sonra koalisiyadakı qüvvələrini azaltmağa başladı.
Sudan ötən ilin noyabr ayında cəmi 5 min sudanlının müharibədə iştirak etdiyini və onların sayını 650 nəfərə azaldacağını bildirdi.
Bunu da bildirək ki, bu hərbçilər rəsmi şəkildə iştirak edən hərbçilərdir. Bundan əlavə minlərlə sudanlı qeyri-rəsmi şəkildə Yəmən və Liviya müharibəsində iştirak edir.


217 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP