Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2020

Pakistan Hindistanı bu ölkənin din alimlərini terror etməkdə günahlandırdı

Pakistanın Kəraçi şəhərinin “Faruqiyyə Cəmiyyəti” rəhbərlərindən olan dyubəndiyyə məzhəbinin tanınmış alimi Movlana Adil Xan dünən naməlum şəxslər tərəfindən qətlə yetirilib.
Pakistan polisinin verdiyi xəbərə görə, öz avtomobili ilə hərəkət edən alimə motorsikletçilər tərəfindən atəş açılıb və xəstəxanaya aparıldıqdan sonra orada həlak olub.

Dyubəndiyyə böyükləri xalqı təmkinli olmağa dəvət etməklə yanaşı, terror aktının amillərinin həbs edilməsi üçün dövləti ciddi təlaş göstərməyə çağırıblar.

Digər tərəfdən İslamabad hökuməti öz rəsmi bəyanatında Hindistanı Pakistanın din alimlərini və rəhbərlərini öldürməkdə əsas amil kimi tanıdıb.

Hökumətin bəyanatında vurğulanır: “Hindistan din alimlərini öldürməklə Pakistan müsəlmanları arasında təfriqə salmağa və bundan öz xeyrinə faydalanmağa təlaş edir.
Ötən son üç ayda Hindistan aşkarcasına Pakistanın şiə və əhli-sünnə olmaqla din böyüklərini terror etmək proqramını işə salıb, bu vasitə ilə ölkədə xaos və qarışıqlıq yaratmağa çalışır. Lakin Pakistan təhlükəsizlik aparatları terrorçuların hərəkətlərini diqqətlə nəzarətdə saxlayır.”


332 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP