Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2020

Əl-Əzhər Universitetinin şeyxi ərəb ölkələrini Suriyanı dəstəkləməyə çağırdı

“ShiaNews”-in verdiyi xəbərə görə, Misir Əl-Əzhər Universitetinin şeyxi bütün ərəb ölkələrini Suriyanın böhrandan çıxması üçün vəhdətə, bu ölkəyə kömək və dəstəyə çağırıb.
Əhməd ət-Təyyib Dəməşqin keçməkdə olduğu böhranlarına görə Suriyaya öz dəstəyini elan edib və ərəb ölkələrini Suriyanın yanında olmağa səsləyib.
O deyib: “Bizim qəlblərimiz Suriyada baş verənlərə, o cümlədən dağıntılar, qan tökülmələri, ölümlə nəticələnən yanğınlara görə, odlanıbdır. Ona görə də bütün ərəb ölkələrini və dünya ölkələrini Suriyaya və onun müsibət görmüş əhalisinin yanında olmağa çağırıram.”
Əl-Əzhər şeyxi Suriyanın böhrandan qurtarması, bu ölkədə sülh və sabitliyin yaranması üçün dua edib.
Suriyanın qərb bölgələrində ötən həftə geniş miqyaslı yanğınlar baş verdi və bu yanğın ölkənin şimal sahillərinə, Livan və Türkiyə sərhədinə qədər genişləndi.


361 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP